İlham Əliyev birinci, Rüstəm İbrahimbəyov sonuncu oldu - SORĞU

SİYASƏT
12:35 01.08.2013
3730
Avqustun 1-də “Rəy” Monitorinq Mərkəzi prezident seçkisi mövzulu rəy sorğusunun nəticələrini yayıb. 
Açıqlamaya görə, respondentlərin 11,7%-i tam əminliklə müxalifət düşərgəsində “Milli Şuranın mövcudluğundan xəbərim var” deyə bildirib, daha 17,2% isə “Bu barədə nəsə eşitmişəm” deyib: “Bu, sorğu iştirakçılarının 30%-ə yaxınını təşkil edir, onların da dörddə üçü Bakı sakinləridir.Rüstəm İbrahimbəyovun müxalifətin vahid namizədi kimi irəli sürülməsindən seçicilərin 86,1%-i xəbərsizdir. “Prezidentliyə namizədin irəli sürülməsi Sizdən asılı olsaydı, kimin namizədliyini təklif edərdiniz” sualını cavablandırarkən respondentlərin yalnız 1%-i Rüstəm İbrahimbəyovun adını çəkib. Bundan təxminən üç dəfə artıq sayda insan qeyd edib ki, prezidentliyə İsa Qəmbərin, 1,6% isə Əli Kərimlinin namizədliyini irəli sürərdi.“Bu namizədlərdən hansına səs verərdiniz” sualına cavabda isə rəyi soruşulanların 81,2%-i İlham Əliyevin, 2%-dən az hissəsi İsa Qəmbərin və təxminən 1%-i Əli Kərimlinin adını çəkib”.Hesabat 2013-cü il iyulun 22-28-də keçirilmiş ümumrespublika ictimai rəy sorğusunun materialları əsasında hazırlanıb. Sorğuya 18 və yuxarı yaşlı 1500 nəfər cəlb edilib.

OXŞAR XƏBƏRLƏR