İlham Əliyev Bolqarıstan səfirini qəbul etdi

İlham Əliyev Bolqarıstan səfirini qəbul etdi
Bütün Xəbərlər
17:10 28.03.2012
914

Vasil Kalinovun fəaliyyət müddəti başa çatır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vasil Kalinovu fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib. Dövlət başçısı Vasil Kalinovun ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə Bolqarıstan arasında siyasi, təhlükəsizlik, energetika və regional əməkdaşlıq sahələrində əlaqələrin inkişaf edərək yaxın tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən məmnunluğunu bildirib. Bolqarıstanlı diplomatın Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirən Prezident İlham Əliyev gələcək fəaliyyətində ona uğurlar arzulayıb. Səfir Vasil Kalinov ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyini vurğulayaraq münasibətlərimizin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib. Vasil Kalinov Azərbaycandakı diplomatik fəaliyyəti dövründə səfirliyin fəaliyyətinə yaradılan şəraitə görə Azərbaycan hökumətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

OXŞAR XƏBƏRLƏR