İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”

İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
SİYASƏT
21:30 25.10.2020
1408

"Düşməni necə ki, döyüş meydanından qovuruq, düşmənin havadarlarının təxribat xarakterli addımlarına da lazımi cavab veririk. Azərbaycan tək deyil, beynəlxalq birlik tərəfindən ərazi bütövlüyümüz tanınır, biz beynəlxalq hüquq normaları çərçivəsində fəaliyyət göstəririk”.

AZXEBER.COM-un məlumatına görə, bunu Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə keçirilən operativ müşavirədə çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev deyib.

"Baxmayaraq ki, Ermənistan dəfələrlə bu müddət ərzində bizi təxribata çəkib, Ermənistan ərazisindən bizim hərbi mövqelərimizi atəşə tutub, yaşayış yerlərimizi atəşə tutub, Gəncə şəhərinə Ermənistan ərazisindən iki dəfə ballistik raketlərlə zərbə vurub, atəş açıb, bunun nəticəsində günahsız insanlar həlak olublar.

Hər gün Tərtər, Ağdam və digər cəbhəboyu şəhərlərimizə və kəndlərimizə yüzlərlə, minlərlə mərmi atılır, amma beynəlxalq birlik buna səssiz qalır, vasitəçilər buna səssiz qalırlar. Bunların indi dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır. Bunun bir yolu var - Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmalıdır, rədd olmalıdır.

Bunu beynəlxalq hüquq tələb edir. Ancaq onlara təsir göstərilmir, təzyiq göstərilmir, əksinə, bizə təsir və təzyiq cəhdləri müşahidə olunur. Əlbəttə ki, heç kim bizə təsir edə bilməz, bizim iradəmizə heç kim təsir edə bilməz. Sadəcə olaraq, bizim hərbçilərimiz və vətəndaşlarımız bilsinlər ki, həm cəbhədə, həm siyasi arenada çox ciddi mübarizə gedir, çox ciddi mübarizə gedir.

Biz döyüş meydanında qan tökürük, bu qəhrəmanlarımızın canı-qanı bahasına torpaqlarımızı işğalçılardan azad edirik, eyni zamanda, siyasi səhnədə də müqavimət göstəririk, mərdlik göstəririk, öz mövqeyimizi müdafiə edirik” deyə, Dövlət başçısı bildirib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda "Uşaq Hüquqları Aylığı" elan edilib
09:57 20.10.2026
Azərbaycanda "Uşaq Hüquqları Aylığı" elan edilib
2026-cı il buraxılış imtahanı iştirakçılarının təcrübəsi araşdırılıb
09:54 20.10.2026
2026-cı il buraxılış imtahanı iştirakçılarının təcrübəsi araşdırılıb
Biləsuvarda avtomobil aşıb, ölən və xəsarət alan var
09:49 20.10.2026
Biləsuvarda avtomobil aşıb, ölən və xəsarət alan var
Bakıda küləyin sürəti 27 m/s-yə çatır - Faktiki hava
09:46 20.10.2026
Bakıda küləyin sürəti 27 m/s-yə çatır - Faktiki hava
Emin Əmrullayev saksoniyalı həmkarı ilə görüşdü - FOTOLAR
09:44 20.10.2026
Emin Əmrullayev saksoniyalı həmkarı ilə görüşdü - FOTOLAR
Tanınmış meyxanaçı vəfat etdi
09:37 20.10.2026
Tanınmış meyxanaçı vəfat etdi
DİM fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edib
09:32 20.10.2026
DİM fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edib
Astarada kişi pilləkəndən yıxılaraq ölüb
09:26 20.10.2026
Astarada kişi pilləkəndən yıxılaraq ölüb
Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatının ilk iştirakçısı Azərbaycana gəlib
09:17 20.10.2026
Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatının ilk iştirakçısı Azərbaycana gəlib
UEFA Çempionlar Liqası: "Sabah" bu gün Dortmund "Borussiya"sı ilə üz-üzə gələcək
09:06 20.10.2026
UEFA Çempionlar Liqası: "Sabah" bu gün Dortmund "Borussiya"sı ilə üz-üzə gələcək
Qazaxıstan və Serbiya hərbi-texniki əməkdaşlıq barədə razılığa gəliblər
08:56 20.10.2026
Qazaxıstan və Serbiya hərbi-texniki əməkdaşlıq barədə razılığa gəliblər
Çin XİN başçısı Rusiya-Ukrayna və Yaxın Şərq münaqişələrinin həlli üçün dialoqa çağırıb
08:48 20.10.2026
Çin XİN başçısı Rusiya-Ukrayna və Yaxın Şərq münaqişələrinin həlli üçün dialoqa çağırıb
Şimali Koreya Cənubi Koreya sərhədinə əlavə zərbə vasitələri yerləşdirə bilər
08:43 20.10.2026
Şimali Koreya Cənubi Koreya sərhədinə əlavə zərbə vasitələri yerləşdirə bilər
Pentaqon rəhbəri İsrailə gizli səfər edib
08:36 20.10.2026
Pentaqon rəhbəri İsrailə gizli səfər edib
Tacikistan və "SpaceX" peyk interneti sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib
08:28 20.10.2026
Tacikistan və "SpaceX" peyk interneti sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
08:19 20.10.2026
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur