İlham Əliyev Cəlilabadda

İlham Əliyev Cəlilabadda
Bütün Xəbərlər
13:05 11.08.2015
1362
Prezident İlham Əliyev avqustun 11-də Cəlilabad rayonuna səfərə gəlib.
AZXEBER.COM  Azertac-a istinadən xəbər verir ki, dövlət başçısı əvvəlcə mərhum prezident Heydər Əliyevin Cəlilabad şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Azərbaycan Prezidentinə abidənin ucaldığı Heydər Əliyev adına park haqqında məlumat verib.
Bildirildi ki, ümumi sahəsi 7500 kvadratmetr olan parkda sakinlərin və rayonun qonaqlarının istirahəti üçün hər cür şərait yaradılıb. Parkın ərazisində iki fəvvarə, müasir işıq dirəkləri və oturacaqlar quraşdırılıb, yaşıllıq zolağı salınıb, yeni gül kolları əkilib.
OXŞAR XƏBƏRLƏR