İlham Əliyev: “Dağlıq Qarabağ münaqişəsi bölgə, dünya üçün təhlükə mənbəyidir”

İlham Əliyev: “Dağlıq Qarabağ münaqişəsi bölgə, dünya üçün təhlükə mənbəyidir”
Bütün Xəbərlər
10:53 17.09.2011
1391

Azərbaycan və Monteneqro prezidentlərinin görüşündə regional məsələlər və təhlükəsizlik məsələləri də müzakirə obyekti olub. Bunu Azərbaycan Respublikasının prezidenti İlham Əliyev İlham Əliyev monteneqrolu həmkarı Filip Vuyanoviçlə birgə keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, Monteneqro prezidentinə Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öz mövqeyni çatdırıb: “Biz ümid edirik ki, yaxın zamanlarda bu ədalətsizliyə son qoyulacaq, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü bərpa olunacaq, BMT Təhlükəsizlik Şurasının erməni işğalçılarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair 4 qətnaməsi icra ediləcək və beləliklə, Azərbaycan vətəndaşları doğma torpaqlarına qayıdacaqlar. Bu məsələ nəinki bizim üçün, bölgə üçün, dünya üçün təhlükə mənbəyidir və məsələnin tezliklə həll edilməsi bütün ölkələrin marağında olmalıdır”. Dövlət başçıları regional əməkdaşlıq məsələlərinə də toxunublar. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan və Monteneqro arasında bu məsələdə fikir ayrılıbı yoxdur: “Bu məsələ ilə bağlı bizim fikir ayrılığımız yoxdur. Mən hesab edirəm ki, Balkan regionu ilə bizim region arasında əlaqələr daha da sıx olmalıdır. Hər halda Azərbaycan öz tərəfindən çalışır ki, regionlarımızın əlaqələri daha da sıx olsun, əməkdaşlıq daha da güclü olsun. İrəli sürdüyümüz təşəbbüslər, ölkənizlə (Monteneqro ilə) və Sizin qonşu ölkələrlə əlaqələrimiz onu göstərir ki, biz Sizin regionunuza çox böyük maraq və diqqət göstəririk”.

OXŞAR XƏBƏRLƏR