İlham Əliyev Dmitri Medvedevə məktub ünvanlayıb

İlham Əliyev Dmitri Medvedevə məktub ünvanlayıb
Bütün Xəbərlər
00:17 14.09.2011
1425

Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Dmitri Medvedevə məktub göndərib. AZXEBER.COM-un prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, təbrik məktubunda deyilir: “Hörmətli Dmitri Anatolyeviç! Sizi ad gününüz münasibətilə ürəkdən təbrik edirəm. Sizin rəhbərliyinizlə Rusiya dövlət və demokratiya təsisatlarının təkmilləşdirilməsi, iqtisadiyyatın və sosial sahənin modernləşdirilməsi yolu ilə inamla irəliləyir. Ölkənin beynəlxalq aləmdə nüfuzu artır. Azərbaycan ilə Rusiya arasında bu gün strateji tərəfdaşlıq xarakteri kəsb etmiş ənənəvi dostluq, mehriban qonşuluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə Siz sanballı töhfə vermisiniz. Sizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimlənməsinə yönəlmiş səyləriniz Azərbaycanda böyük razılıqla qarşılanır. Əminəm ki, bizim dövlətlərarası münasibətlərimiz, çoxşaxəli əməkdaşlığımız xalqlarımızın rifahı naminə, Qafqazda sülh, sabitlik və təhlükəsizlik naminə bundan sonra da uğurla inkişaf edəcək və genişlənəcəkdir. Mən bizim aramızda yaranmış, qarşılıqlı hörmətə və etimada əsaslanan şəxsi münasibətləri yüksək qiymətləndirirəm. Sizə və bütün ailənizə möhkəm cansağlığı, firavanlıq və uğurlar diləyirəm”.

OXŞAR XƏBƏRLƏR