İlham Əliyev dünyada neftin qiymətindəki artımdan danışdı

İlham Əliyev dünyada neftin qiymətindəki artımdan danışdı
İQTİSADİYYAT
11:46 12.03.2026
223
Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında dünyada neft və qazın qiymətlərindəki artıma toxunub.

Dövlət başçısı bununla bağlı deyib:

"Biz neft və qaz qiymətlərinin görünməmiş dərəcədə artımını müşahidə edirik. Bu da istehlakçılara bir zərbədir. Nəinki istehlakçılara, əgər kimsə düşünürsə ki, qeyri-tarazlı bu qiymətlər yalnız neft hasil və ixrac edən ölkələrin xeyrinədir, yox, bu, belə deyil. Biz daha tarazlaşdırılmış, proqnozlaşdırılmış neft qiymətlərinin tərəfdarıyıq”.

***

Dövlət başçısı qeyd edib ki, boru kəməri ilə ixrac edilən qazın həcminə və coğrafi əhatəyə görə Azərbaycan dünyada bir nömrəli ölkədir.

Azərbaycan Prezident bildirib ki, hazırda ixracın həcmi artır və bu, belə də davam edəcək: "Bu, bir çox ölkələr üçün enerji təhlükəsizliyinin mühüm amilidir. Beynəlxalq bazarlara, ümumiyyətlə, təchizatçı kimi Azərbaycan enerji təhlükəsizliyinə öz töhfəsini davam etdirəcək”.
OXŞAR XƏBƏRLƏR