"İlham Əliyev dövlətlərin pandemiya ilə mübarizədə birgə səy göstərməsinə dair təşəbbüsün müəllifidir"

SİYASƏT
11:32 01.07.2020
956
Qlobal pandemiya  insanların həyatını təhlükə altına qoyan ciddi sağlamlıq problemləri yaratmaqla bərabər, mənfi fəsadları uzun müddət hiss olunacaq sarsıdıcı qlobal sosial-iqtisadi və humanitar təhlükələr yaradıb və yaratmaqdadır. Ən ağır nəticələri olan müharibələr  ilə müqayisə olunan COVID-19 pandemiyası şəraitində özünütəcrid xarakterli tədbirlər əvəzinə qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac var.
 
Zaman belə bir həqiqəti təsdiqləyir ki, pandemiya ilə mübarizədə ümumi düşmənə qarşı birlikdə vuruşan ölkələr qalib gələcək. Bu mənada Azərbaycanın öncüllüyü diqqət çəkir. Bu məqsədlə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri statusunda möhtərəm Prezident cənab  İlham Əliyevin təşəbbüsü ilə bu təşkilatın dövlət və hökumət başçıları səviyyəsində fövqəladə Zirvə görüşü keçirildi. Türk Şurası ilk beynəlxalq təşkilat idi ki, COVID-19-a qarşı mübarizə mövzusunda Zirvə görüşü keçirdi.  Dövlətimiz  COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin ən yaxşı nümunəsi  oldu. Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq 5 milyon ABŞ dolları həcmində ianə ayırdı və  30-dan artıq dövlətə humanitar yardım göstərdi.
 
ÜST bəyanat yayaraq Azərbaycanı koronavirusla mübarizə sahəsində nümunə kimi göstərib.  Azərbaycan pandemiyadan əziyyət çəkən ölkələrlə özünəməxsus həmrəylik nümayiş etdirir. Heydər Əliyev Mərkəzinin binası üzərində İtalıya, İspaniya, ABŞ, Türkiyə, Gürcüstan və digər ölkələrin dövlət bayraqlarının, həmçinin beynəlxalq təşkilatların bayraqlarının proyeksiya olunması  xeyirxah məram kimi böyük rəğbətlə qarşılanıb.
 
Dövlət başçımız dövlətlərin pandemiya ilə mübarizədə birgə səy göstərməsinə dair təşəbbüsün müəlliflərindən biri və  birincisidir. Cənab Prezident İlham Əliyev bunu Türk Şurası və Qoşulmama Hərəkatının Təmas Qrupunun videokonfrans formatında Zirvə görüşlərində də bəyan edib. Təklif Nyu Yorkda 120 QH üzv ölkələri arasında yekdilliklə razılaşdırılmış və bunun ardınca QH-nin sədri Prezident İlham Əliyev QH ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT baş katibi Antonio Quterreşə müraciət ünvanlamışdır. 

Dünyanın 130-dan çox dövlətinin  möhtərəm Prezident cənab İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil olunması təşəbbüsünü dəstəkləməsi böyük bir hadisədir. Bu bir daha təsdiq edir ki,  təşəbbüs  vaxtında irəli sürülmüşdür. Prezident İlham Əliyevin irəli sürdüyü və Qoşulmama Hərəkatına üzv ölkələrin müdafiə etdiyi təşəbbüs dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul edildiyi üçün Xüsusi sessiyasının keçirilməsi artıq təkcə həmin ölkələrin deyil, BMT-yə üzv olan bütün dövlətlərin ümumi məsələsinə çevrilmişdir. BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisidir. Azərbaycan tərəfi ümid edir ki, Xüsusi sessiya mümkün qədər tez bir zamanda təşkil olunacaqdır.
 
Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət yenə də düzgün olmayan davranışı ilə özü-özünü artıq dünyada biabır və rüsvay etmiş Ermənistan olub. Bütün dünya COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü növbəti dəfə cılız göstərdi. 
 
BMT-nin təsis olunmasından bu günə qədər Baş Assambleyanın Xüsusi sessiyaları məhdud sayda keçirilmişdir. BMT Nizamnaməsinə əsasən, BMT Baş Assambleyası ehtiyac duyulduğu təqdirdə Xüsusi sessiyalar keçirə bilər. Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya BMT-yə üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırılmalıdır.  

Möhtərəm Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş  xüsusi sessiya pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyətin tam səfərbər edilməsinə şərait yaradacaq və bu qlobal təhdidə qarşı qlobal cavabın tapılmasına öz müsbət töhfəsini verəcək. COVID-19 pandemiyasının davam etməsi bir daha onu göstərir ki, dünya ölkələrinin dövlət və hökumət başçıları səviyyəsində dünya parlamenti adlandırılan BMT Baş Assambleyasının xüsusi sessiyası çərçivəsində təcili və təxirə salınmadan bir araya gəlməsinə, planetimizi bürüyən COVID-19 bəlasından çıxış yollarını müzakirə etməsinə və həll yollarının tapılmasına böyük ehtiyac və tələbat var. Azərbaycan Respublikası Prezidenti cənab  İlham Əliyevin rəhbərliyi ilə Qoşulmama Hərəkatında sədrliyi dönəmində bundan sonra da multilateralizmə, dünya ölkələrinin ümumi təhdidlər qarşısında birləşməsinə və qlobal həmrəyliyin gücləndirilməsinə yönəlmiş fəaliyyətini davam etdirəcək.

Naftalan ziyalısı Kəmalə Hüseynova

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:40 06.08.2020

Qoşulmama Hərəkatına üzv ölkələrin QHT-nin virtual əməkdaşlıq şəbəkəsi qurulacaq

22:23 06.08.2020

Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb

22:00 06.08.2020

“Kapitan Nağdəliyev” gəmisinin mexaniki: “Palmali” bir ilə yaxındır ki maaşımızı ödəmir

21:54 06.08.2020

Fransada silahlı şəxs bir neçə nəfəri girov götürüb

21:23 06.08.2020

Ermənistana məxsus daha bir PUA məhv edildi

20:35 06.08.2020

Ceyhun Bayramov Aİ rəsmisini Ermənistanın təxribatı barədə məlumatlandırıb

20:15 06.08.2020

Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanan vəsait açıqlanıb

20:01 06.08.2020

Polislər Buzovnada və Dənizkənarı Milli Parkda üç nəfəri boğulmaqdan xilas etdilər - FOTO

19:41 06.08.2020

Azərbaycanda reanimasiyada olan koronavirus xəstələrinin sayı açıqlanıb

19:14 06.08.2020

“Azərbaycanın diplomatik nümayəndəliklərinə hücum beynəlxalq məsuliyyət yaradır”

19:07 06.08.2020

Bakının bəzi küçə və prospektlərində tıxac var - FOTO

18:55 06.08.2020

Almaniya və Fransada rekord göstərici

18:37 06.08.2020

Daha bir kafenin sahibi və müştəriləri cərimələndi - FOTO

18:31 06.08.2020

Qurban Məmmədovun “konfederasiya” və “federasiya” ilə bağlı fikirlərinin arxasında hansı maraq dayanır?

18:19 06.08.2020

Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə təlimləri davam edir

18:08 06.08.2020

Kiyevdə erməninin azərbaycanlı tələbələrə silahlı hücumunun görüntüləri ortaya çıxıb - VİDEO

X Mostbet