İlham Əliyev: "Ermənistanın işğalçı qüvvələri Azərbaycanın torpaqlarından çıxarılmalıdır"

İlham Əliyev: "Ermənistanın işğalçı qüvvələri Azərbaycanın torpaqlarından çıxarılmalıdır"
Bütün Xəbərlər
23:42 11.11.2011
1425
23:31AzərTAc xəbər verir ki, noyabrın 11-də Bakıda Azərbaycan-Macarıstan biznes forumu keçirilmişdir.Azərbaycan Prezidentiİlham Əliyevvə Macarıstan PrezidentiPal Şmittbiznes forumda iştirak etmişlər.Forum iştirakçıları dövlət başçılarını hərarətlə qarşıladılar.Azərbaycan Prezidentiİlham ƏLİYEVbiznes forumda çıxış edərək dedi:- Hörmətli cənab Prezident!Hörmətli qonaqlar, xanımlar və cənablar!Cənab Prezident, mən Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Ölkəmizə xoş gəlmisiniz!Bu gün Macarıstan-Azərbaycan əlaqələrinin tarixində çox əlamətdar bir gündür - Macarıstan Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Bu səfər, əlbəttə ki, əlaqələrimizin tarixində xüsusi yer tutacaqdır, çünki bu, birinci rəsmi səfərdir.Mən üç il bundan əvvəl Macarıstana rəsmi səfər etmişəm və səfərin nəticələri çox uğurlu olmuşdur. Çünki o səfərdən sonra ikitərəfli əlaqələrimizin inkişafında yeni mərhələ başlanmışdır. Əminəm ki, cənab Prezident, Sizin səfəriniz, eyni zamanda, münasibətlərimizin inkişafı üçün çox əhəmiyyətli olacaqdır.Bu gün keçirdiyimiz görüş və apardığımız danışıqlar, fikir mübadiləsi bir daha onu göstərir ki, aramızda çox səmimi münasibətlər mövcuddur. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir. Biz münasibətlərimizi dostluq, tərəfdaşlıq prinsipləri üzərində qurmuşuq. Əminəm ki, növbəti illərdə bu əlaqələr ancaq güclənəcəkdir. Bunu deməyə əsas verən amillər kifayət qədər çoxdur. Sizin rəsmi səfəriniz, böyük heyətlə Azərbaycana səfər etməyiniz, - bilirəm ki, Sizinlə bərabər çoxsaylı iş adamları gəlmişlər, - çox əlamətdar hadisədir. Şübhə etmirəm ki, Sizin səfəriniz əlaqələrimizin inkişafına yeni və güclü təkan verəcəkdir.Əlaqələrimiz çoxşaxəlidir, bütün sahələri əhatə edir. Əlaqələrimiz tarixi köklər üzərində qurulmuşdur. Bu gün cənab Prezidentlə fikir mübadiləsi əsnasında bu tarixə də nəzər yetirdik. Xalqlarımız arasındakı dostluq əlaqələri böyük tarixə malikdir. Bu çox güclü tarixi zəmin ikitərəfli əlaqələrin inkişafı üçün də əhəmiyyətlidir.Biz, eyni zamanda, Avropa İttifaqı ilə Azərbaycan arasında olan əlaqələrin inkişafına töhfələrimizi veririk. Macarıstan bütün dövrlərdə Azərbaycanın Avratlantik strukturlara inteqrasiya siyasətini dəstəkləmişdir. Bu yaxınlarda keçirilmiş Şərq tərəfdaşlığı zirvə görüşü bir daha Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafı üçün önəmli addım olmuşdur, bir daha göstərmişdir ki, bu əlaqələrin çox gözəl gələcəyi vardır.Müxtəlif sahələrdə əməkdaşlıq üçün yaxşı imkanlar vardır. Bu gün, əlbəttə ki, bu forumda daha çox iqtisadi sahədəki əməkdaşlıq haqqında söhbət açılacaqdır. Mən çox şadam ki, bu biznes forum hər iki tərəfin, hər iki ölkənin iqtisadi imkanlarını bir-birinə təqdim edəcəkdir. Buna böyük ehtiyac vardır.Əminəm ki, iqtisadi əlaqələrimiz güclənərsə, əlbəttə, bunun bütün sahələrdəki əlaqələrə də çox müsbət təsiri olacaqdır. Biz indi statistik rəqəmlərə baxanda bəzi hallarda təəssüflənirik ki, nə üçün Macarıstan ilə Azərbaycan arasında iqtisadi əlaqələr, yəni ticarət dövriyyəsi istədiyimiz səviyyədə deyildir?! Bunun müxtəlif səbəbləri ola bilər. Hesab edirəm, ən başlıca səbəb ondan ibarətdir ki, biznes dairələri bir-birini yaxşı tanımırlar. Yəni, hər iki ölkənin iqtisadi potensialı haqqında kifayət qədər məlumat yoxdur. Bu məlumatsızlıq istər-istəməz iqtisadi sahədəki əməkdaşlığı əngəlləyir. Ona görə, hesab edirəm, bugünkü biznes forumun başlıca məqsədi ondan ibarət olmalıdır ki, hər iki ölkənin və bir halda ki, bu forum Azərbaycanda keçirilir, ilk növbədə Azərbaycanın iqtisadi imkanları təqdim edilsin. Azərbaycanda reallaşan infrastruktur və sənaye layihələri haqqında məlumat verilsin. Azərbaycanda mövcud olan qanunvericilik bazası, vergilərlə bağlı vəziyyət geniş şəkildə təqdim edilsin.Azərbaycanın iqtisadi inkişafı planlı şəkildə həyata keçirilir. Əlbəttə, özəl sektorun bu işlərdə çox böyük rolu vardır. Ölkəmizin ümumi daxili məhsulunda özəl sektorun payı 80 faizdən yuxarıdır. Demək olar ki, biz bu sahədə çox köklü iqtisadi islahatları artıq başa çatdırmışıq.Ancaq bununla bərabər, ölkədə reallaşan nəhəng infrastruktur layihələri, təbii ki, dövlət tərəfindən icra edilir. Bizim müxtəlif dövlət proqramlarımız, konkret icra mexanizmlərimiz vardır. Azərbaycanda, misal üçün, gələn il və ondan sonrakı illərdə görüləcək işlər haqqında konkret sənədlər və layihələr mövcuddur. Əminəm ki, Macarıstan iş adamları əgər planlarımızla tanış olsalar, Azərbaycanda daha da səmərəli şəkildə fəaliyyət göstərə bilərlər.Təkcə keçən il Azərbaycan iqtisadiyyatına 16 milyard dollardan çox sərmayə qoyulmuşdur.Bu sərmayənin əksər hissəsi yerli - Azərbaycan sərmayəsidir. Bununla bərabər, xarici investisiyaların cəlb edilməsi üçün ölkədə ardıcıl siyasət aparılır və deyə bilərəm ki, MDB məkanında birbaşa xarici sərmayələrin həcminə görə Azərbaycan qabaqcıl yerlərdədir. Son on beş il ərzində bütövlükdə Azərbaycan iqtisadiyyatına 100 milyard dollardan çox sərmayə qoyulmuşdur ki, bu da hərtərəfli iqtisadi inkişafımıza güclü təkan vermişdir.Hazırda bizim iqtisadi siyasətlə bağlı əsas prioritet məsələlərimiz ölkə iqtisadiyyatının şaxələndirilməsidir. Energetika amilindən asılılığımızı azaltmaq, özəl sektoru inkişaf etdirmək üçün konkret tədbirlər görülür. Kiçik və orta sahibkarlığın inkişafı və stimullaşdırılması üçün də konkret proqramlar icra edilir.Macarıstan şirkətləri Azərbaycanda müxtəlif layihələrdə investorlar kimi iştirak edə bilərlər. Biz bunu, əlbəttə ki, alqışlayırıq və alqışlayacağıq. Burada birgə müəssisələr yaradıla bilər. Azərbaycanda Macarıstan kapitalı ilə təmin edilmiş müəssisələr yaradıla bilər. Nəzərə alsaq ki, qonşu ölkələrlə iqtisadi sahədə əməkdaşlığımız çox uğurludur, bu müəssisələr həm Azərbaycanın artan bazarını təmin edə, eyni zamanda, qonşu ölkələrə də Azərbaycanda istehsal olunan məhsul ixrac edilə bilər. Yəni, həm Azərbaycan bazarı, həm qonşu ölkələrin böyük bazarları burada yaradılacaq birgə müəssisələrin işləməsi üçün yaxşı şərait yarada bilər. Qeyd etdiyim kimi, Azərbaycanda reallaşan müxtəlif infrastruktur layihələrində Macarıstan şirkətləri iştirak etməlidirlər və biz bunu alqışlayırıq. Əminəm ki, bu gün burada veriləcək məlumatlar, təqdimatlar kifayət qədər dolğun olacaqdır. Bu da Macarıstan şirkətlərinə kömək göstərə bilər.Bununla bərabər, qeyd etməliyəm ki, Azərbaycan şirkətləri də indi xaricə sərmayələrin qoyuluşu ilə bağlı öz təşəbbüslərini irəli sürürlər. Artıq Azərbaycan şirkətləri müxtəlif ölkələrdə uğurla fəaliyyət göstərirlər. O cümlədən şirkətlərimiz Avropa qitəsində böyük investisiyaları reallaşdırırlar, ilk növbədə, energetika, turizm, infrastruktur sahələrində. Bütövlükdə iqtisadi siyasətimizin indiki mərhələdəki prioritetləri ondan ibarətdir ki, biz daha çox xarici bazarlara investisiya qoyuluşu ilə məşğul olmalıyıq. Ölkə daxilində təbii ki, inkişafımız üçün bütün lazım olan investisiya layihələri, bütün infrastruktur layihələri icra edilir. Ancaq hazırda biz siyasətimizi elə qururuq ki, həm məhsullarımızla, həm maliyyə kapitalımızla xarici ölkələrin bazarlarına çıxa bilək. Burada dövlət və özəl sektor arasındakı tərəfdaşlıq mühüm rol oynaya bilər. Biz, əlbəttə ki, bu imkanları da nəzərdən keçirməliyik.Deyə bilərəm ki, bütövlükdə Azərbaycan iqtisadiyyatı öz dayanıqlığını göstərmişdir. Hətta ən ağır böhranlı illərdə - 2-3 il bundan əvvəl Azərbaycanda iqtisadi artım yenə də böyük rəqəmlərlə ölçülürdü. Bütövlükdə son 7-8 il ərzində Azərbaycanda ümumi daxili məhsul 3 dəfə, yəni 300 faiz artmışdır. Sənaye istehsalı da 3 dəfə artmışdır. Doqquz yüz mindən artıq yeni iş yerləri açılmışdır. Yoxsulluğun səviyyəsi 5 dəfə azalmışdır, dövlət büdcəsinin xərcləri isə 20 dəfə artmışdır. Yəni, bu il yenə də iqtisadi sahədə artım müşahidə olunur və ən sevindirici hal ondan ibarətdir ki, bu artım indi daha çox qeyri-neft sektorunda özünü göstərir. Qeyri-neft sektorundakı artım təxminən 9 faiz səviyyəsindədir. Kənd təsərrüfatında da artım 7 faizdən çoxdur.Kənd təsərrüfatı məsələlərinə gəldikdə, bu barədə də biz bu gün fikir mübadiləsi apardıq. Macarıstanın bu sahədə çox zəngin təcrübəsi vardır və bu təcrübə bizim üçün də çox böyük maraq kəsb edir. Hesab edirəm ki, bu gün kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, əczaçılıq və digər sahələr üzrə məlumatlar veriləcəkdir.Eyni zamanda, bütövlükdə Azərbaycanın iqtisadi inkişafını xarakterizə etmək üçün enerji sektoru haqqında danışmamaq mümkün deyildir. Bu sahə bizim üçün ənənəvi olmuşdur. Azərbaycan o ölkə, o diyardır ki, dünyada sənaye üsulu ilə ilk neft məhz burada hasil edilmişdir. Dəniz yataqlarından da dünya miqyasında ilk neft Azərbaycanda hasil edilmişdir.Yəni, Azərbaycan qədim neft ölkəsi kimi bütün dünyaya bəllidir və dünyada məşhurdur.İkinci Dünya müharibəsində Azərbaycan Sovet İttifaqının yanacağının 70-80 faizini vermişdir və faşizm üzərində Qələbədə Azərbaycan neftçilərinin müstəsna rolu olmuşdur. Hazırda neftimiz dünya və o cümlədən, Avropa bazarlarına ixrac edilir. Bəzi Avropa ölkələrinin enerji balansında Azərbaycan nefti 25-30 faiz təşkil edir. Yəni, biz tərəfdaşlarımızın enerji təhlükəsizliyinə töhfəmizi veririk.Hazırda isə Azərbaycan dünyada qaz ölkəsi kimi də özünü təqdim etməyə başlamışdır və bu sahədə potensial kifayət qədər böyükdür. Azərbaycanda aşkar edilmiş nəhəng qaz yataqları imkan verəcəkdir ki, bundan sonra ən azı 100 il ərzində özümüzü və tərəfdaşlarımızı qazla təmin edə bilək. Bizim kifayət qədər geniş nəqliyyat şəbəkəmiz vardır. Yeddi neft–qaz kəmərimiz fəaliyyət göstərir ki, resurslarımızı müxtəlif istiqamətlər üzrə dünya bazarlarına çıxarır. Bu ilin əvvəlində Avropa İttifaqı ilə Azərbaycan arasında “Cənub” qaz dəhlizi üzrə imzalanmış Bəyannamə Avropa ilə Azərbaycan arasındakı əlaqələrin inkişafına da çox müsbət təsir göstərmişdir. Əminəm ki, növbəti illərdə Azərbaycan qaz sahəsində Macarıstanla və digər Avropa ölkələri ilə səmərəli əməkdaşlıq qura biləcəkdir.Bir daha, cənab Prezident, mən Sizi salamlayıram. Mən forum iştirakçılarını salamlayıram.Əminəm ki, bu forumun çox gözəl nəticələri olacaqdır və bu nəticələr öz növbəsində Macarıstan-Azərbaycan əlaqələrinin inkişafına da töhfəsini verəcəkdir. Diqqətinizə görə sağ olun!X X XMacarıstan PrezidentiPal ŞMİTTçıxış edərək dedi:- Möhtərəm cənab Prezident!Xanımlar və cənablar, hörmətli dostlar!Burada biznes forumun iştirakçılarını salamlamaqdan şərəf hissi duyuram. Mən xüsusi məmnunluqla qeyd edirəm ki, biz bu tədbiri cənab Prezident Əliyev ilə birgə açırıq. Bu, bir daha iqtisadiyyata, iqtisadi sahədə çalışan müxtəlif müəssisələrə verilən xüsusi diqqətin təzahürüdür. Mən səfərim zamanı Azərbaycanı daha yaxşı tanımaq, Azərbaycan Prezidenti ilə fikir mübadiləsi aparmaq imkanı qazandım. Mən bu səfərimdən çox məmnunam. Əslində burada gördüyüm bütün işlərdən, aparılan bütün tikinti işlərindən çox məmnun oldum.Təbii, hamımız üçün məlumdur ki, əslində, Qafqazda vəziyyətin sabit olması çox mühüm əhəmiyyət kəsb edir və Azərbaycan bu regionun mühüm ölkəsidir. Azərbaycan bizim üçün strateji tərəfdaşdır, münasibətlərimizdə heç bir problem yoxdur. Münasibətlərimizdə, əlaqələrimizdə onları əngəlləyən hər hansı bir meyar mövcud deyildir. Biz hesab edirik ki, məqsədimiz məhz müxtəlif sahələrdə əməkdaşlıq etməkdir. Biz olduqca maraqlıyıq ki, iki tərəf arasında birbaşa əməkdaşlıq aparılsın, ticarət palatalarımız əməkdaşlıq etsin və hər iki tərəfin birbaşa imkanları olsun. Biz mütləq bunun üçün şərait yaratmalıyıq.Bu yaxınlarda Azərbaycan-Macarıstan iqtisadi münasibətlərində müəyyən tənəzzül müşahidə olunurdu. Lakin biz bunu dəyişməliyik. Hesab edirik ki, Azərbaycanın müvafiq nazirlikləri və Macarıstanın dövlət qurumları iqtisadi sahədə lazımi qanunverici bazanı yaradıblar və əslində, bu, bizim bu sahədəki münasibətlərimizi daha da gücləndirməlidir. Eyni zamanda, sərmayələrin qorunması və ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı sazişlər artıq qüvvəyə minir. Bizim dövlətlərin hökumətlərarası sazişləri də artıq işləyir. Bu gün səfər çərçivəsində Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi və vergilər sahəsində sazişlər imzalanmışdır.Qeyd etmək istərdim ki, əgər öncə biz sadəcə bir-birimizi salamlayırdıqsa, hazırda mətbuat qarşısında dəfələrlə bir-birimizi salamladıq. Lakin bu fəaliyyət, bu işlər onun üçün lazımdır ki, biz bir-birimizə olan etimadı daha da gücləndirək. Əvvəlcə hər hansı bir razılaşma üçün bir-birimizi salamlamaq lazım idi. Lakin indi isə müqavilə üçün əlavə əsaslar tələb olunur – bank razılaşmaları və s. Lakin mən qeyd etmək istəyirəm ki, iradə olan yerdə biz aramızda birbaşa əlaqələrin qurulması üçün daha yaxşı şəraitləri qazanırıq.Qeyd etmək istəyirəm ki, əgər 2010-cu ildə bizdə 10 milyon dollar həcmində ticarət dövriyyəsi var idisə, 2011-ci ildə bu rəqəm 78 milyona çatmışdır. Bu da böyük bir tərəqqidir. Hesab edirəm ki, bu sahədə münasibətlərimizin gücləndirilməsi üçün imkanlar vardır. Məhz bu məqsədlə biz bugünkü tədbiri təşkil etmişik. Hesab edirik ki, hər iki ölkənin işgüzar dairələri arasında birbaşa təmaslar olacaqdır. Burada əyləşən şəxslərlə birbaşa təmas o deməkdir ki, hər iki tərəfin maraqlarına cavab verən sazişlər imzalanacaqdır.Mən bəyan edirəm ki, Azərbaycanda infrastruktur sahəsində aparılan böyük işlər bizdə dərin iftixar hissi yaradır və bu, bizim Azərbaycana, Sizin ölkənizə xüsusi münasibətimizin mənbəyidir. Biz bilirik ki, Azərbaycan beynəlxalq sahədə özünəməxsus yer tutur. Macarıstan Respublikası bu yaxınlarda ticarət evi yaratmaq fikrindədir. Hesab edirəm ki, bu da ikitərəfli münasibətlərin sonrakı inkişafı üçün yaxşı zəmin yaradacaqdır. Biz, eyni zamanda, arzu edərdik ki, gələcəkdə Budapeştdə Azərbaycanın da ticarət evi açılsın.Hörmətli xanımlar və cənablar, biz Azərbaycanın məhz qeyri-neft sektorunda həyata keçirdiyi layihələrə xüsusi diqqətlə yanaşırıq. Biz bilirik ki, enerji mənbələrinin işlənilməsi, onların hasilatı daimi deyildir və Azərbaycanın rəhbərliyi bunu anlayır və görür. Bizim üçün həmin perspektiv məqsədlərə yönəlmiş layihələrin həyata keçirilməsində iştirak etmək çox vacib olardı. Məhz Macarıstanın şirkətləri nou-hau hesabına böyük dəyişikliklərə nail olmuşdur. Gələn illər ərzində bizdə maşınqayırma, elektronika, biotexnologiyalar, informasiya texnologiyaları, logistika məsələlərinə xüsusi diqqət yetiriləcəkdir və xidmət sahəsi də diqqət mərkəzində olacaqdır. Bu forumdan sonra Azərbaycan tərəfdaşları macar firmalarının konkret təklifləri ilə tanış olacaqlar. Ola bilsin ki, onlar öz aralarında müəyyən sazişlərə də nail olacaqlar.Hörmətli cənab Prezident, icazə verin, bir məsələni qeyd edim. Biz bu gün artıq bir sazişə nail olduq. Nahar zamanı mən 27 il ərzində Beynəlxalq Olimpiya Komitəsində işlədiyimi söylədim. Mən bilirəm ki, Siz də öz ölkənizin Olimpiya Komitəsinin rəhbərisiniz. Mən artıq öz istəyimə nail oldum. Biz bu sahədə əməkdaşlıq barədə razılaşma əldə etdik.Hörmətli dostlar, icazə verin, sizə uğurlu iş arzulayım. Diqqətinizə görə minnətdaram.X X Xİqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən Azərbaycan-Macarıstan biznes forumunda hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı və qida sənayesi, tikinti və əmlak, sənaye, maliyyə və bank, ticarət, səhiyyə, nəqliyyat, kimya sənayesi və digər sahələrdə fəaliyyət göstərən 250-dək iş adamı iştirak etmişdir.Biznes forumda AZPROMO-nun rəhbəri Adil Məmmədov Azərbaycanın qazandığı sosial-iqtisadi nailiyyətlər, ölkəmizdə yaradılmış əlverişli biznes mühiti və investisiya imkanları, Macarıstanın İnvestisiya və Ticarət Agentliyinin (HİTA) rəhbəriDobos Erzsebettəmsil etdiyi qurumun fəaliyyəti, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoruƏfqan İsayevisə şirkətin həyata keçirdiyi layihələr ilə bağlı təqdimatlarla çıxış etmişlər.Tədbir çərçivəsində AZPROMO və HİPA arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.Bundan başqa, biznes forumda Azərbaycan Ticarət və Sənaye Palatası ilə Macarıstanın Ticarət və Sənaye Palatası arasında qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır.Biznes forum Azərbaycan və Macarıstan iş adamları arasında ikitərəfli görüşlərlə davam etmişdir.----------23:25AzərTAc xəbər verir ki, noyabrın 11-də Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Macarıstan Respublikasının PrezidentiPal Şmittin şərəfinə rəsmi ziyafət verilmişdir.Prezidentİlham ƏLİYEVMacarıstan dövlətinin başçısını və nümayəndə heyətini Azərbaycanda bir daha salamladı. Bildirdi ki, bu səfər ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafında yeni mərhələ olacaqdır.Səfər çərçivəsində aparılan müzakirələrin faydalı olduğunu deyən Azərbaycan Prezidenti bildirdi ki, 2008-ci ildə Macarıstana etdiyi dövlət səfərindən keçən dövr ərzində əlaqələr daha da inkişaf edib, qarşılıqlı səfərlər ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayıb.Dövlətimizin başçısı macar və Azərbaycan xalqları arasında münasibətlərin qədim tarixinin olduğunu da diqqətə çatdıraraq dedi:- Macar və Azərbaycan xalqları arasında münasibətlərin qədim tarixi vardır. Hələ XV-XVII əsrlərdə Ağqoyunlu və Səfəvi dövlətləri ilə macar krallıqları arasında diplomatik əlaqələr və ticarət münasibətləri mövcud olmuşdur. Müxtəlif dövrlərdə Azərbaycan ədəbiyyatının görkəmli simalarının əsərləri macar dilinə, macar ədiblərinin əsərləri Azərbaycan dilinə tərcümə edilmişdir. Dünyada məşhur olan Azərbaycan muğamı və Azərbaycan simfonik musiqisi Macarıstanda maraqla dinlənilir.Mən Macarıstan ilə Azərbaycan arasında münasibətlərin inkişafına xüsusi əhəmiyyət verirəm. Macarıstan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Növbəti il isə biz diplomatik münasibətlərimizin qurulmasının 20 illiyini qeyd edəcəyik.Son illərdə ticarət dövriyyəsində artımın müşahidə olunduğunu qeyd edən Prezident İlham Əliyev bildirdi ki, ölkəmizin xarici siyasətində Avropa İttifaqı və Avratlantik strukturları ilə əməkdaşlıq mühüm yer tutur.Dövlətimizin başçısı qeyd etdi ki, bu gün Azərbaycan regionun əsas iqtisadi mərkəzlərindən biridir və Avropa ölkələrinin enerji təhlükəsizliyinə mühüm töhfə verir. Bununla yanaşı, Azərbaycan regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasına çalışır.Prezident İlham Əliyev dedi:- Tarixi torpağımız olan Dağlıq Qarabağ və ətrafındakı digər yeddi rayon 20 ildən artıqdır ki, Ermənistan tərəfindən zəbt olunub. İşğal olunmuş ərazilərdə Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, ATƏT, Avropa Şurası, NATO, Avropa Parlamenti, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq təşkilatların qərar və qətnamələri vardır. Bizim qəti mövqeyimiz bundan ibarətdir ki, münaqişə ancaq beynəlxalq hüquq normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.Macarıstan PrezidentiPal ŞMİTTonu ölkəmizə səfərə dəvət etdiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi. Qeyd etdi ki, bu səfər dostluq münasibətlərini daha yüksək səviyyəyə qaldırır.Macarıstan dövlətinin başçısı Azərbaycan və macar xalqlarının tarixinə də nəzər salaraq dedi:- Azərbaycan və macar xalqları arasında münasibətlərin tarixi uzaq keçmişə təsadüf edir və həmin vaxtlardan etibarən hər iki millət hunlar, skiflər, xəzərlər kimi eyni toplumun bir hissəsi olaraq ümumi qədim irsə malikdirlər və qan qohumluğu, mədəniyyət və dil sahələrində oxşarlıqlar bizi bir-birimizə bağlayır. Gələn ilin avqust ayında Macarıstanda keçiriləcək Millətlər Məclisinin 4-cü qurultayı həmin qan qohumluğunun mühüm təzahürü olacaq və biz həmin tədbirdə Azərbaycan xalqının da nümayəndələrini gözləyirik.“Xalqlarımız və dövlətlərimiz tarixən bir-birinə hörmətlə yanaşıblar”, - deyən Prezident Pal Şmitt bildirdi ki, Azərbaycan müstəqillik qazandıqdan sonra ölkələrimiz arasında intensiv dialoq yaranıb və ikitərəfli əməkdaşlıqda ciddi nəticələr əldə edilib, bir sıra yüksək səviyyəli rəsmi səfərlər baş tutub, əsas qanunvericilik bazası yaradılıb. Bununla da Azərbaycan Macarıstanın Cənubi Qafqaz regionunda strateji tərəfdaşına çevrilib.Macarıstanın Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qəti və davamlı şəkildə sadiq olduğunu vurğulayan Prezident Pal Şmitt regiondakı dondurulmuş münaqişələrin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirdi.Macarıstan dövlətinin başçısı dedi:-Sizi əmin edirəm ki, Macarıstan Azərbaycanın Avratlantik inteqrasiyasına yönəlmiş səylərinə böyük dəstək verir. Biz Sizin adət-ənənələrinizə və dəyərlərinizə hörmətlə yanaşırıq. Biz Azərbaycanı regionda ən inkişaf etmiş dövlət hesab edirik. Bizim üçün Azərbaycan regionda yaxın dost və mühüm tərəfdaşdır.“Bu səfər mədəniyyət, təhsil və elm sahələrində mövcud münasibətləri daha da dərinləşdirmək üçün yaxşı fürsətdir”, - deyən Macarıstan Prezidenti əmin olduğunu bildirdi ki, ölkələrimiz iqtisadiyyat, ticarət və enerji sahələrində əlaqələri dinamik şəkildə inkişaf etdirmək üçün yaxşı potensiala malikdir.Sonda Macarıstan dövlətinin başçısı xalqımıza firavanlıq, ölkəmizə sülh və tərəqqi arzuladı.----------23:24AzərTAc xəbər verir ki, noyabrın 11-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevvə Macarıstan Respublikasının PrezidentiPal Şmittmətbuata bəyanatlarla çıxış etmişlər.Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı- Hörmətli cənab Prezident!Hörmətli xanımlar və cənablar!Cənab Prezident, Sizi və nümayəndə heyətinizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Ölkəmizə xoş gəlmisiniz. Sizin səfəriniz çox böyük əhəmiyyət daşıyır. Bu, Macarıstan Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Ona görə bu səfər tarixi xarakter daşıyır və çox şadam ki, səfər çox uğurlu keçir.Bu gün keçirdiyimiz danışıqlar, apardığımız müzakirələr Macarıstan-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğunu bir daha təsdiq edir. Doğrudan da aramızda çox gözəl siyasi əlaqələr vardır. Bu əlaqələr artıq sınaqdan keçibdir. Biz beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq edirik və Sizin səfəriniz əlbəttə ki, siyasi əlaqələrə yeni təkan verəcəkdir. Mən bilirəm ki, Sizinlə birlikdə Azərbaycana biznes dairələrini təmsil edən böyük heyət gəlmişdir.Bu gün Macarıstan-Azərbaycan biznes forumu da keçirilir və əminəm ki, biznes dairələri arasında olan əlaqələr iqtisadi əməkdaşlığımıza da güclü təkan verəcəkdir. Çünki biz bu sahədə hələ işləməliyik. İqtisadi əməkdaşlıq siyasi əməkdaşlığın səviyyəsinə çatmalıdır. Əminəm ki, biznes forumun keçirilməsi bu işdə bizə kömək göstərəcəkdir.Mən hesab edirəm ki, iqtisadi sahədə uğurlu əməkdaşlıq aparmaq üçün çox yaxşı imkanlar, perspektivlər vardır, ölkələrin potensialı da kifayət qədər güclüdür. Sadəcə, biznes strukturları bir-biri ilə daha da sıx əlaqədə olmalıdırlar. Əminəm ki, biz bu sahədə də gözəl nəticələri görəcəyik.Bu gün müzakirə etdiyimiz məsələlərin arasında regional təhlükəsizlik məsələlərinə də toxunduq. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini mən Sizə ifadə etdim. Bizim mövqeyimiz beynəlxalq hüquq normalarına əsaslanır. Bizim mövqeyimiz beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarlar əsasında formalaşmışdır. Bu münaqişənin həlli əlbəttə ki, yalnız və yalnız beynəlxalq hüquq normaları əsasında olmalıdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra edilməlidir. Ermənistanın işğalçı qüvvələri Azərbaycanın torpaqlarından çıxarılmalıdır.Azərbaycan vətəndaşları öz doğma torpağına qayıtmalıdırlar. Məsələ ilə bağlı kifayət qədər böyük sayda qərarlar verilmişdir. Beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz ədalətli mövqeyini bildirmişdir. Biz ümid edirik ki, tezliklə bu məsələ beynəlxalq normalar əsasında, Azərbaycanın ərazi bütövlüyü şərti ilə həllini tapacaqdır.Biz bu gün, eyni zamanda, energetika sahəsində əməkdaşlığa da öz münasibətimizi bildirdik. Bu sahədə Macarıstan ilə Azərbaycan arasında əlaqələrin çox gözəl perspektivləri vardır. Mən ümid edirəm ki, yaxın illərdə bu sahədə, xüsusilə qaz sahəsində ölkələrimiz arasında əməkdaşlığın yeni formaları yaranacaqdır. Azərbaycan zəngin təbii ehtiyatlara malik olan ölkədir. Təşəbbüsümüzlə həyata keçirilən enerji layihələri nəinki bizim, eyni zamanda, region ölkələrinin enerji təhlükəsizliyini təmin edir. Avropa ölkələri ilə enerji sahəsində əməkdaşlığımız çox uğurludur. Azərbaycan nefti artıq bir neçə il ərzində Avropa bazarlarına çıxarılır və əminəm ki, qazla bağlı təşəbbüslərimiz də bizə eyni səviyyədə uğur gətirəcəkdir. Əlbəttə ki, enerji sahəsindəki əməkdaşlıq iki ölkə arasındakı əlaqələrə yeni təkan verəcəkdir. Mən çox şadam ki, ölkələrimizin enerji şirkətləri də çox sıx əməkdaşlıq edirlər. Bu əməkdaşlıq əlbəttə ki, ümumi Macarıstan-Azərbaycan əlaqələrinin inkişafına müsbət təsir göstərməkdədir.Eyni zamanda, Azərbaycan Avropa İttifaqı ilə enerji sahəsində, xüsusilə “Cənub” qaz dəhlizi ilə bağlı uğurlu əməkdaşlıq edir. Bu məsələ ilə bağlı bu ilin əvvəlində Avropa İttifaqı ilə Azərbaycan arasında Bəyannamə imzalanmış, işçi qrupu yaradılmışdır. Hazırda işçi qrupunun nümayəndələri çox sıx əməkdaşlıq edərək “Cənub” qaz dəhlizinin reallaşması üçün səylərini göstərməkdədirlər. Bir sözlə, enerji sahəsindəki əməkdaşlıq bütövlükdə Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafına müsbət təsir göstərəcəkdir. Bu əməkdaşlıq qarşılıqlı maraqlar üzərində qurulubdur. Əminəm ki, bu əməkdaşlığın çox gözəl gələcəyi vardır. Bununla bərabər, qeyd etməliyəm ki, bütövlükdə Avropa İttifaqı–Azərbaycan əlaqələri uğurla inkişaf edir. Macarıstan bütün dövrlərdə bu əməkdaşlığa öz dəstəyini vermişdir. Biz bu dəstəyi bu gün də hiss edirik və buna görə Sizə minnətdarıq.Bu yaxınlarda “Şərq tərəfdaşlığı” sammiti keçirilmişdir və Azərbaycan sammitdə iştirak etmişdir. Bu sammit, əldə edilmiş nəticələr imkan verəcək ki, növbəti illərdə Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni mərhələyə qədəm qoysun. Bu əlaqələrin çox gözəl perspektivləri vardır. Bu əlaqələr qarşılıqlı maraqlar, qarşılıqlı hörmət və etimad üzərində qurulur.Bu gün biz Sizinlə mədəniyyət, humanitar sahədə əməkdaşlığa da toxunduq. Bu sahədə əməkdaşlığın qədim tarixi kökləri vardır. Eyni zamanda, indiki dövrdə də bu sahədə əməkdaşlığımızın genişlənməsi üçün yeni imkanlar açılır. Bizim ölkələrin vətəndaşları bir-birini daha da yaxından tanımalıdırlar, daha da sıx təmasda olmalıdırlar. Əminəm ki, Sizin səfəriniz və bizim cəmiyyətlərə göndərilən çox gözəl və müsbət siqnal əlbəttə, insanlar arasındakı əlaqələrə də müsbət təsir göstərəcəkdir.Bütövlükdə, cənab Prezident, qeyd etməliyəm ki, biz Macarıstan ilə əməkdaşlığa çox böyük əhəmiyyət veririk. Bir daha demək istəyirəm ki, bu əməkdaşlığın artıq gözəl tarixi vardır. Gələn il biz diplomatik münasibətlərimizin qurulmasının 20 illiyini qeyd edəcəyik.Münasibətlərimizin mahiyyəti və məzmunu da çox dəyərlidir. Ən önəmlisi ondan ibarətdir ki, perspektivlər də çox ümidvericidir.Mən Sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram, bir daha Sizə “Xoş gəlmisiniz!” deyirəm.Macarıstan Respublikasının Prezidenti Pal Şmittin bəyanatı- Hörmətli cənab Prezident!Hörmətli media nümayəndələri, xanımlar və cənablar!Mən bir daha bəyan etmək istəyirəm ki, bu dəvətə görə Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Əslində bu elə bir fürsətdir ki, xalqlarımız bir-birinə daha da yaxınlaşır və öz aralarında daha sıx əlaqələr qururlar.Cənab Prezident artıq Macarıstana səfər etmişdir. Bir il öncə Baş nazir Orban Azərbaycana səfər etmişdir. Bu səfərlər zamanı çox mühüm danışıqlar aparılmışdır.Mən Macarıstan Prezidenti kimi Azərbaycana, müstəqil ölkənizə ilk səfər edirəm və mən burada tək deyiləm. Mühüm hökumət üzvləri, ölkəmizin işgüzar dairələrinin təmsilçiləri məni müşayiət edirlər. Mən dərin təşəkkürümü bildirirəm ki, burada biznes forum təşkil olunacaqdır. Mən şəxsən öz mövqeyimi bildirmək istəyirəm ki, biz münasibətlərimizin inkişafına çox ciddi şəkildə yanaşırıq.Fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, biz Birləşmiş Millətlər Təşkilatı çərçivəsində çox dostcasına, mehribancasına bir mübarizə apardıq. Biz də istərdik ki, qeyri-daimi üzvlüyə seçilək. Lakin Azərbaycanın qələbəsi, həmçinin bizim də ürəyimizcə oldu. Biz Azərbaycana sıx, yaxın tərəfdaş kimi yanaşırıq. Bizim mədəni köklərimiz vardır. Biz burada bir çox sözləri məhz bu sahəyə aid söylədik. Biz, həmçinin ikitərəfli münasibətlər çərçivəsində, Macarıstan ilə Azərbaycan arasındakı əlaqələr sahəsində və eyni zamanda, Avropa İttifaqı ilə münasibətlər sahəsində bir çox addımları atırıq. Biz bundan sonra da əlimizdən gələni edəcəyik ki, Azərbaycan xalqı mümkün qədər qısa müddət ərzində asanlıqla vizalar ala bilsin və səfərlər etsin. Mən çox şadam ki, bu danışıqlar sürətləndiriləcəkdir.Biz bu gün çox mühüm danışıqlar apardıq. Əslində bizim görə biləcəyimiz işlər, xalqlarımız, azərbaycanlı dostlarımız üçün görəcəyimiz işlər əsasən kənd təsərrüfatı, suvarma, suyun təmizlənməsi sahələrindəki işlərə aid olan məsələlərdir ki, Macarıstanın bu sahədə böyük təcrübəsi vardır. Macarıstanda əczaçılıq sənayesi inkişaf etmişdir və biz çox istərdik ki, siz də müxtəlif tenderlərdə iştirak edəsiniz.Mən xüsusilə qeyd etmək istəyirəm ki, hazırda, demək olar, bütün Avropanın diqqəti Bakıya yönəlib. Çünki hamı o ümidlə yaşayır ki, məhz bu marşrutda, buradan Avropaya çatdırılacaq enerji resurslarının marşrutlarında şaxələndirmə təmin olunacaqdır.Mən mədəniyyət, idman, təhsil, elm sahələrindəki əməkdaşlığımızı da qeyd etmək istərdim. Mən cənab Prezidentin diqqətini bir fakta yönəltdim ki, biz hər il böyük, mühüm tədbirlər keçiririk. Onlardan biri qurultay adlanır və həmin tədbirdə dörddəbir milyon şəxs iştirak edir. Əslində həmin tədbirlər çərçivəsində biz öz ümumi köklərimizi müzakirə edirik. Hesab edirəm ki, ölkələrimiz arasında münasibətlər dostluğa əsaslanır.Biznes sahəsində də əlaqələrimiz genişlənir və bizim üçün olduqca vacibdir ki, həmçinin insanlar arasında da yaxınlaşma olsun. Biz çox mühüm sazişlərin imzalanmasında iştirak etdik. İki ölkənin əməkdaşlığı bir sıra qanunverici sənədlərlə tənzimlənir. Bu gün imzalanmış sənədlər mühüm əhəmiyyət kəsb edir. Biz hesab edirik ki, bu, aramızda olan etimadı daha da gücləndirəcək və müvafiq qurumlar arasında əməkdaşlıq genişlənəcəkdir. Mən bundan sonra da qurumlarımızdan təkliflər gözləyirəm. Bu gün bizim növbəti danışıqlarımız olacaq. Mən parlamentin spikeri ilə, Baş nazir ilə görüşlər keçirəcəyəm.Cənab Prezident, Sizə olduqca minnətdaram, Siz gözəl bir sürpriz hazırlamısınız. Bəstəkar Listin əsərlərinə həsr olunmuş konsert təşkil olunacaqdır. Biz Sizə çox minnətdarıq ki, Avropa musiqisinin təmsilçisinə bu qədər diqqətlə yanaşırsınız.----------19:08AzərTAc xəbər verir ki, noyabrın 11-də Azərbaycan Respublikasında rəsmi səfərdə olan Macarıstan Respublikasının PrezidentiPal ŞmittHeydər Əliyev Fondunu ziyarət etmişdir.Macarıstanın dövlət başçısını Azərbaycan Prezidentiİlham Əliyevvə xanımıMehriban Əliyevaqarşıladılar.Prezident İlham Əliyev ali qonağa Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə məlumat verdi.Bildirildi ki, Fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial–iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir.Macarıstan Prezidenti ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə, habelə müxtəlif eksponatlarla tanış oldu.Fondla tanışlıq zamanı Prezident Pal Şmittə məlumat verildi ki, ulu öndərin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu gün beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz ümummilli liderin fəaliyyətinin bəhrələridir.Ali qonaq fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxşiş etdikləri hədiyyələrlə, ulu öndərə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldu, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxdı.Prezident Pal Şmitt Fondla tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazdı.Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Macarıstan Prezidentinə xatirə hədiyyəsi təqdim etdi.Ali qonaq Heydər Əliyev Fondundan zəngin təəssüratla ayrıldı.----------17:06AzərTAc xəbər verir ki, noyabrın 11-də Bakıda Azərbaycan-Macarıstan biznes forumu keçirilmişdir.Azərbaycan Prezidentiİlham Əliyevvə Macarıstan PrezidentiPal Şmittbiznes forumda iştirak etmişlər.----------16:54AzərTAc xəbər verir ki, noyabrın 11-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevvə Macarıstan Respublikasının PrezidentiPal Şmittmətbuata bəyanatlarla çıxış etmişlər.Macarıstan Prezidenti Pal Şmittin ölkəmizə ilk rəsmi səfərinin tarixi xarakter daşıdığını vurğulayan Azərbaycan Prezidenti İlham Əliyev bugünkü danışıqlarda aparılan müzakirələrin Macarıstan-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğunu bir daha təsdiq etdiyini demişdir.Ölkələrimiz arasında siyasi əlaqələrin sınaqdan keçdiyini, dövlətlərimizin beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq etdiyini bildirən Prezident İlham Əliyev iqtisadi sahədə də səmərəli əməkdaşlıq üçün yaxşı potensialın olduğunu vurğulamışdır.Dövlətimizin başçısı demişdir ki, bugünkü danışıqların gedişində regional təhlükəsizlik məsələləri, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli də müzakirə mövzularından biri olmuşdur. Münaqişə öz həllini yalnız beynəlxalq hüquq normaları əsasında tapmalıdır.Müzakirə olunan mövzulardan birinin də energetika sahəsində əməkdaşlıq məsələsi olduğunu qeyd edən Prezident İlham Əliyev Avropa İttifaqı-Azərbaycan əlaqələrinin uğurla inkişaf etdiyini, Macarıstanın bütün dövrlərdə bu əməkdaşlığa dəstək verdiyini demişdir.Macarıstan dövlətinin başçısı ilə görüşü zamanı humanitar sahədə əlaqələrin də diqqət mərkəzində olduğunu deyən Prezident İlham Əliyev vurğulamışdır ki, Azərbaycan Macarıstan ilə əməkdaşlığa böyük əhəmiyyət verir.Sonda dövlətimizin başçısı bir daha Macarıstan Prezidentinin Azərbaycana səfərinin ölkələrimiz arasında əlaqələrin genişləndirilməsinə təkan verəcəyinə əminliyini ifadə etmişdir.Macarıstan dövlətinin başçısı Pal Şmitt Azərbaycana rəsmi səfərə dəvətə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirmişdir. Prezident Pal Şmitt vurğulamışdır ki, Macarıstan Azərbaycan ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verir.Bu gün çox mühüm danışıqların aparıldığını qeyd edən Macarıstan Prezidenti demişdir ki, ölkəsi kənd təsərrüfatı, suvarma, suyun təmizlənməsi və digər sahələrdə böyük təcrübəyə malikdir.Bu gün bütün Avropanın diqqətinin enerji ehtiyatları ilə zəngin olan Azərbaycana yönəldiyini vurğulayan Prezident Pal Şmitt ölkələrimiz arasında mədəniyyət, təhsil, elm, ticarət sahələrində əməkdaşlığın hazırkı vəziyyətindən və perspektivlərindən də danışmışdır.Macarıstan Prezidenti əmin olduğunu bildirmişdir ki, bu gün imzalanan sənədlər ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsinə yeni stimul verəcəkdir.----------15:40AzərTAc xəbər verir ki, noyabrın 11-də Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Macarıstan Respublikasının PrezidentiPal Şmittin şərəfinə rəsmi ziyafət verilmişdir.----------13:50AzərTAc xəbər verir ki, noyabrın 11-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevvə Macarıstan Respublikasının PrezidentiPal Şmittmətbuata bəyanatlarla çıxış etmişlər.----------13:47AzərTAc xəbər verir ki, noyabrın 11-də Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin və Macarıstan Respublikasının PrezidentiPal Şmittin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Macarıstan sənədlərinin imzalanması mərasimi olmuşdur.“Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Macarıstan Respublikasının Milli İqtisadiyyat Nazirliyi arasında vergi inzibatçılığı sahəsində əməkdaşlığa dair Memorandum”u Azərbaycan Respublikasının Macarıstan Respublikasındakı səfiri Vilayət Quliyev və Macarıstan Respublikasının Vergilər Agentliyinin müdirinin müavini Arnold Mixay imzaladılar.“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Macarıstan Respublikasının Müdafiə Nazirliyi arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora imzaladılar.“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Macarıstan Respublikasının Dövlət İdarəçiliyi və Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov və Macarıstan Respublikasının Dövlət İdarəçiliyi və Ədliyyə Nazirliyinin ədliyyə üzrə dövlət katibi Robert Repassi imzaladılar.“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Macarıstan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının daxili işlər naziri Ramil Usubov və Macarıstan Respublikası Daxili İşlər Nazirliyinin dövlət katibi Andras Tallai imzaladılar.“Azərbaycan Respublikasının Hökuməti və Macarıstan Respublikasının Hökuməti arasında fövqəladə hallar zamanı əməkdaşlıq və qarşılıqlı yardım sahəsində Saziş”i Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Macarıstan Respublikası Daxili İşlər Nazirliyinin dövlət katibi Andras Tallai imzaladılar.----------13:15AzərTAc xəbər verir ki, noyabrın 11-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin və Macarıstan Respublikasının Prezidenti Pal Şmittin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.Azərbaycan dövlətinin başçısıİlham ƏLİYEVgörüş iştirakçılarına müraciətlə dedi:- Hörmətli cənab Prezident!Hörmətli qonaqlar!Sizin hamınızı bir daha ürəkdən salamlayıram, Azərbaycana xoş gəlmisiniz.Bu, Macarıstan Prezidentinin Azərbaycana ilk səfəridir. Əminəm ki, səfərin çox yaxşı nəticələri olacaqdır.İkitərəfli əlaqələrimiz uğurla inkişaf edir. Biz artıq Sizinlə bu barədə fikir mübadiləsi apardıq. Mən tam əminəm ki, Sizin səfəriniz bu əlaqələrin inkişafına dəyərli töhfəni verəcəkdir.Siyasi əlaqələr iqtisadi sahədə əlaqələrin inkişafına da güclü təkan verir. Əminəm ki, bu gün keçiriləcək biznes forum da iqtisadi sahədə əlaqələrin inkişafı üçün çox əhəmiyyətli olacaqdır.Mən inanıram ki, Sizin səfərinizin bütövlükdə, çox uğurlu nəticələri olacaqdır. Beləliklə, Macarıstan-Azərbaycan əlaqələri yeni mərhələyə qədəm qoyacaqdır.Bir daha Sizi salamlayıram, xoş gəlmisiniz.X X XMacarıstan Respublikasının PrezidentiPal ŞMİTTsəmimi qəbul üçün minnətdarlığını bildirərək dedi:- Hörmətli cənab Prezident!Mən, həm Sizin qarşınızda, həm Azərbaycan hökumətinin üzvləri qarşısında Azərbaycana Macarıstan Prezidenti kimi ilk səfərimdən böyük məmnunluq duyduğumu bildirmək istəyirəm.Biz Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü ilə əlaqədar Sizi təbrik edirik. Siz bu müddət ərzində çox yüksək nəticələr əldə etmisiniz. Avropada bu nəticələr haqqında danışarkən deyirlər ki, Avropadakı ölkələrə bu nəticələri əldə etmək üçün bəlkə də 100 il lazım olardı.Çox şadam ki, Siz Macarıstanı Azərbaycanın strateji tərəfdaşı hesab edirsiniz. Avropada Macarıstanın mövqeyini nəzərə alaraq biz sizin yaxın tərəfdaşınız ola bilərik və əslində tərəfdaşınızıq. Eyni zamanda, ölkələrimiz bir-birinə dostcasına, mehribancasına yanaşır. Hesab edirəm ki, bütövlükdə ölkələrimiz qarşısında istifadə olunmalı bir çox imkanlar vardır.----------11:45AzərTAc xəbər verir ki, noyabrın 11-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin və Macarıstan Respublikasının PrezidentiPal Şmittin təkbətək görüşü olmuşdur.Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu. Ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulandı.Macarıstan Respublikasının Prezidenti Pal Şmittin Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti qeyd edildi.Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparıldı.----------11:44AzərTAc xəbər verir ki, noyabrın 11-də Azərbaycan Respublikasında rəsmi səfərdə olan Macarıstan Respublikasının PrezidentiPal Şmittin rəsmi qarşılanma mərasimi olmuşdur.Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.Fəxri qarovul dəstəsinin rəisi Prezidentİlham Əliyevə raport verdi.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstan Respublikasının Prezidenti Pal Şmitti qarşıladı.Fəxri qarovul dəstəsinin rəisi Macarıstan Respublikasının Prezidentinə raport verdi.Macarıstanın və Azərbaycanın dövlət himnləri səsləndi.Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.Macarıstan Respublikasının Prezidenti Azərbaycan əsgərlərini salamladı.Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Pal Şmittə, Macarıstan nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.Prezidentlər rəsmi foto çəkdirdilər.
OXŞAR XƏBƏRLƏR