İlham Əliyev Çili prezidentini təbrik edib

İlham Əliyev Çili prezidentini təbrik edib
SİYASƏT
15:58 19.12.2013
946

Azərbaycan Prezidenti İlham Əliyev xanım Mişel Baçeleti Çili prezidenti seçilməsi münasibətilə təbrik edib.

AZXEBER.COM-un AzərTAc-a istinadən verdiyi xəbərə əsasən, təbrikdə deyilir:“Hörmətli xanım Baçelet,Çili Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.İnanıram ki, Azərbaycan-Çili münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcək və genişlənəcəkdir.Sizə möhkəm cansağlığı, dost Çili xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.

OXŞAR XƏBƏRLƏR