İlham Əliyev İran xalqını təbrik etdi

İlham Əliyev İran xalqını təbrik etdi
Bütün Xəbərlər
20:05 10.02.2012
1279

Azərbaycan prezidenti İran İslam Respublikasının milli bayramı münasibətilə Mahmud Əhmədinejada təbrik məktubu ünvanlayıb

Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejada təbrik məktubu ünvanlayıb. AZXEBER.COM-un prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, təbrikdə deyilir: "İran İslam Respublikasının milli bayramı - İslam inqilabı günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. Əminəm ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı münasibətlər bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq, mehriban qonşuluq və əməkdaşlıq məcrasında öz inkişafını davam etdirəcək”. İlham Əliyev Mahmud Əhmədinejada möhkəm cansağlığı, işlərində uğurlar, dost İran xalqına sülh və rifah diləyib.

OXŞAR XƏBƏRLƏR