İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi

İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi
SİYASƏT
12:14 23.11.2026
80
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də İtaliya Respublikasının Nazirlər Şurası Sədrinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayanini qəbul edib.

Dövlət başçısı ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannaməyə toxunaraq, Azərbaycanla İtaliyanın yaxşı tərəfdaşlıq qurduqlarını, dostluğa əsaslanan əlaqələrimizin uğurla inkişaf etdiyini deyib.

Prezident İlham Əliyev bu il İtaliya Respublikası Nazirlər Şurasının Sədri Ciorcia Meloninin ölkəmizə uğurlu səfərini xatırladaraq, səfər çərçivəsində onunla siyasi sahədə qarşılıqlı fəaliyyət, iqtisadiyyat, ticarət və ikitərəfli gündəlikdə duran digər məsələlərlə bağlı yaxşı müzakirələrin aparıldığını bildirib.

Dövlət başçısı İtaliya Prezidenti Sercio Mattarellanın ölkəmizə, özünün isə İtaliyaya səfərlərinə toxunaraq vurğulayıb ki, bütün bunlar əlaqələrimizin inkişafına mühüm töhfə verir.

Yüksək səviyyədə olan əlaqələrimizin iqtisadi fəaliyyətimizə də müsbət təsir göstərdiyini deyən Azərbaycan Prezidenti bu sahədə əməkdaşlığımızın genişlənməsindən məmnunluğunu ifadə edib, irimiqyaslı sərmayələrin əhəmiyyətini vurğulayıb.

Prezident İlham Əliyev qeyd edib ki, İtaliya enerji sahəsində Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Dövlət başçısı ölkəmizin İtaliyanın enerji bazarına daxil olduğunu, orada neft emalı müəssisələri və yanacaqdoldurma məntəqələri əldə etdiyini dedi.

Prezident İlham Əliyev Azərbaycanda müxtəlif sahələrdə uğurla fəaliyyət göstərən italyan şirkətlərinin sayının artmasını da məmnunluqla qeyd edib.

Azərbaycan Prezidenti əlaqələrimizin, həmçinin təhsil sahəsini də əhatə etdiyini dedi, bu xüsusda ötən il İtaliya dövlətinin başçısının iştirakı ilə Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışını xatırladıb.

Prezident İlham Əliyev Antonio Tayaninin səfərinin uğurlu olacağına və strateji münasibətlərimizi daha da gücləndirəcəyinə ümidvarlığını ifadə edib.

İtaliya Nazirlər Şurası Sədrinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Azərbaycanda və İtaliyada fəaliyyət göstərən hər iki ölkədən olan şirkətlərin sayının artırılmasında maraqlı olduqlarını bildirib.

Antonio Tayani Azərbaycanın İtaliya üçün regional sabitlik baxımından çox əhəmiyyətli ölkə olduğunu deyib, İtaliyanın Azərbaycan-Avropa İttifaqı və Azərbaycan-NATO münasibətlərinin inkişafına töhfə verməyə hazır olduğunu qeyd edib.

Qonaq bir müddət əvvəl İranda baş vermiş hadisələr zamanı İtaliyanın bu ölkədəki səfirliyinin Bakıda fəaliyyət göstərməsi üçün yaradılmış şəraitə görə minnətdarlığını bildirib.

Söhbət zamanı biznes sahəsində əməkdaşlığın potensialına toxunulub, bu ilin oktyabrında Romada imzalanmış kritik xammal sahəsində strateji əməkdaşlığa dair Birgə Bəyannamənin önəmi qeyd edilib.

İqtisadi-ticari, enerji, müdafiə, kənd təsərrüfatı, sənaye, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycanın nəqliyyat bağlantıları baxımından strateji rolunun artdığı vurğulanıb, bölgədə gedən proseslərə, o cümlədən A
OXŞAR XƏBƏRLƏR