İlham Əliyev Mandelanın ölümünə görə başsağlığı verib

SİYASƏT
14:29 06.12.2013
955

Bu itkiyə görə təəssüfləndiyini bildirən İlham Əliyev Mandelanın öz xalqının rifahı üçün əvəzsiz xidmətləri olduğunu vurğulayıb.

Azərbaycan prezidenti İlham Əliyev Cənubi Afrika Respublikasının keçmiş prezidenti Nelson Mandelanın ölümünə görə başsağlığı verib. Cənubi Afrika Respublikasının prezidenti Ceykob Gedleyihlekisa Zumaya yazdığı məktubda bu itkiyə görə təəssüfləndiyini bildirən İlham Əliyev Mandelanın öz xalqının rifahı üçün əvəzsiz xidmətləri olduğunu vurğulayıb. Prezident İlham Əliyev Azərbaycan xalqı adından və şəxsən öz adından Cənubi Afrika Respublikasının xalqına və prezidentinə başsağlığı verib.

OXŞAR XƏBƏRLƏR