İlham Əliyev meksikalı həmkarını təbrik etdi

İlham Əliyev meksikalı həmkarını təbrik etdi
Bütün Xəbərlər
19:20 15.09.2012
1127
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Meksika Birləşmiş Ştatlarının Prezidenti Felipe Kalderon İnoxosaya təbrik məktubu ünvanlayıb.AZXEBER.COM-un AzərTAc-a istinadən verdiyi xəbərə görə, təbrikdə deyilir:"Hörmətli cənab Prezident,Meksika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.Azərbaycan-Meksika münasibətləri son illərdə dinamik şəkildə inkişaf etməkdədir. Daim genişlənən dostluq əlaqələrimiz dövlətlərarası münasibətlərimizin möhkəmlənməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın genişlənməsi üçün əlverişli zəmin yaradır.Əminəm ki, ölkələrimiz arasındakı münasibətlərin inkişafı yolunda atdığımız qarşılıqlı addımlar bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
OXŞAR XƏBƏRLƏR