'İlham Əliyev mənə səmimi şəkildə izah etdi ki, qaz yoxdur' - Baş nazir

DÜNYA
12:45 29.12.2015
2341
Serbiya Rusiyadan qaz asılılığını aradan qaldırmağa çalışır, ancaq bu günə qədər heç bir alternativ mənbə tapa bilməyib. Bu haqa Serbiyanın baş naziri Aleksandr Vuçiç deyib.
“Suputnik” agentliyinə müsahibəsində Vuçiç deyib ki, hazırda Serbiya qaz təchizatında tamamilə Rusiyadan asılıdır. Qaz serbiyaya Ukrayna və Macarıstan üzərindən daxil olur. Baş nazirin sözlərinə görə, onun ölkəsi Ukrayna ilə Rusiya arasında münaqişənin girovuna çevrilmək istəmir. “Biz bilmirik ki, Rusiya ilə Ukrayna arasında münasibətlər necə olacaq. Serbiya kiçik ölkədir və bu münasibətlərə hansısa formada təsir etmək imkanı yoxdur”-baş nazir deyib.
Vuçiçin bildirdiyinə görə, Serbiya alternativ qaz təchizatı mənbələri tapmaq üçün nə qədər səy göstərsə də heç bir nəticə yoxdur. Ona görə Serbiya ancaq buna ümid edə bilər ki, Avropa İtifaqı ilə Rusiya arasında münasibətlər yaxşılaşsın, nəticədə Rusiya Avropaya yeni qaz kəmərləri çəksin.
Vuçiç Serbiyanın Azərbaycan qazına da ümidlərinin boşa çıxdığını deyib. Baş nazir deyib ki, o, prezident İlham Əliyevlə danışıqlardan sonra bu qənaətə gəlib. “Mən prezident İlham Əliyevlə görüşdüm. O, səmimi şəkildə mənə izah etdi ki, Azərbaycanda kifayət qədər qaz yoxdur. İlham Əliyevin sözlərinə görə, onların “Şahdəniz-2” yatağı var, ancaq orada olan qaz bizə kifayət deyil. Çünki yataqdan 9.5 milyard kubmetr qaz hasil olunacaq, bunun 9.2 milyard kubmetri artıq satılıb. Qalan 300 milyon kubmetr qazla biz nə edə bilərik?”-Vuçiç deyib. (virtualaz.org)
OXŞAR XƏBƏRLƏR