İlham Əliyev Mixail Saakaşvili ilə görüşüb

İlham Əliyev Mixail Saakaşvili ilə görüşüb
Bütün Xəbərlər
09:35 30.09.2011
1677

Bu gün Varşavada Azərbaycan və Gürcüstan prezidetləri arasında görüş keçirilib. Gürcüstan KİV-lərinin yaydığı məlumata görə, Avropa Birliyinin “Şərq tərəfdaşlığı” sammiti çərçivəsində keçirilən görüşdə İlham Əliyevlə Mixail Saakaşvili iki ölkənin Avropa strukturlarına inteqrasiyasının perspektivlərini müzakirə edib. Danışıqlar zamanı həmçinin Azərbaycanla Gürcüstanın enerji təhlükəsizliyinin təminatı məsələsinə toxunulub. Habelə prezidentlər ölkələrimizin ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayıb, Azərbaycanla Gürcüstan arasında əməkdaşlığın müxtəlif sahələrdə bundan sonra da genişlənəcəyinə əmin olduqlarını qeyd edib.

OXŞAR XƏBƏRLƏR