İlham Əliyev Qazaxıstan, Özbəkistan və Qırğızıstan prezidentlərinə məktub ünvanladı

İlham Əliyev Qazaxıstan, Özbəkistan və Qırğızıstan prezidentlərinə məktub ünvanladı
SİYASƏT
22:12 03.10.2020
2486
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə və Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekova məktub ünvanlayıb.

AZXEBER.COM xəbər verir ki, dövlətimizin başçısı məktublarda sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı növbəti təxribat törətdiyini və bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək Azərbaycanın yaşayış məntəqələrini, eyni zamanda, hərbi mövqelərini atəşə tutduğunu bildirib. Bu təxribat nəticəsində hərbçilərimiz, mülki şəxslərimiz həlak olub və yaralanıb. Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb.

Prezident İlham Əliyev Ermənistanın bu hücumunun planlaşdırılmış hərbi təxribat olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, Ermənistan rəhbərliyinin danışıqlar prosesini pozmağa yönəlmiş bəyanatları, iyul-avqust aylarında törədilmiş hərbi təxribatlar, Azərbaycanın işğal olunmuş ərazilərində xarici ölkə vətəndaşlarının qeyri-qanuni məskunlaşdırılması Ermənistanın öz təcavüzkar siyasətindən əl çəkmədiyini və yeni müharibəyə hazırlaşdığını göstərir.

Dövlətimizin başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğuna dair Azərbaycanın mövqeyini bir daha təkrarlayıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həll olunmasının vacibliyi ilə bağlı Türk Şurasının 2020-ci il 28 sentyabr tarixli bəyanatına toxunan Prezident İlham Əliyev bu bəyanata görə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə və Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekova təşəkkürünü bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kambocanın Baş naziri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
14:23 12.10.2026
Kambocanın Baş naziri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi
14:13 12.10.2026
Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi
Kambocanın Baş naziri Zəfər parkını ziyarət etdi
14:06 12.10.2026
Kambocanın Baş naziri Zəfər parkını ziyarət etdi
İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib - FOTOLAR
13:56 12.10.2026
İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib - FOTOLAR
“Volkswagen”in satışları kəskin azaldı
13:40 12.10.2026
“Volkswagen”in satışları kəskin azaldı
Vahid məktəbli formasına qarşı çıxışların sifarişi SEPAH-dan gəlib – FOTOFAKT
13:36 12.10.2026
Vahid məktəbli formasına qarşı çıxışların sifarişi SEPAH-dan gəlib – FOTOFAKT
Pensiya artımları ilə bağlı - AÇIQLAMA
13:28 12.10.2026
Pensiya artımları ilə bağlı - AÇIQLAMA
“6-7 yaşlı uşaqlara bunu rəva görmürəm” – Firəngiz Əlizadə
13:16 12.10.2026
“6-7 yaşlı uşaqlara bunu rəva görmürəm” – Firəngiz Əlizadə
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
13:15 12.10.2026
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
Son dəqiqə! İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi
12:57 12.10.2026
Son dəqiqə! İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi
Nizami Cəfərov: Məktəbli forması sosial bərabərsizliyi aradan qaldırır
12:48 12.10.2026
Nizami Cəfərov: Məktəbli forması sosial bərabərsizliyi aradan qaldırır
Həkim əvəzinə katibə botoks etdi: 16 nəfər xəstəxanalıq oldu
12:46 12.10.2026
Həkim əvəzinə katibə botoks etdi: 16 nəfər xəstəxanalıq oldu
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
12:38 12.10.2026
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
Azərbaycan Prezidenti: Kamboca ilə ticarət dövriyyəmiz hələ də çox aşağı səviyyədədir
12:36 12.10.2026
Azərbaycan Prezidenti: Kamboca ilə ticarət dövriyyəmiz hələ də çox aşağı səviyyədədir
"İrandan idarə olunan qruplar dövlətin təhlükəsizliyi üçün təhdidə çevrilir” - VACİB AÇIQLAMA
12:34 12.10.2026
"İrandan idarə olunan qruplar dövlətin təhlükəsizliyi üçün təhdidə çevrilir” - VACİB AÇIQLAMA
“Daxili sabitliyə zərər vurmaq heç bir tərəfə fayda gətirməz” - Mənsum İbrahimov
12:14 12.10.2026
“Daxili sabitliyə zərər vurmaq heç bir tərəfə fayda gətirməz” - Mənsum İbrahimov