İlham Əliyev qələbəni, Paşinyan isə məğlubiyyəti elan edir

İlham Əliyev qələbəni, Paşinyan isə məğlubiyyəti elan edir
SİYASƏT
23:16 03.10.2020
5493
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Madagizin erməni işğalından azad olunduğunu elan etdi. "Bu gün Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!”.

Dövlətimizin başçısının Tvitter səhifəsində etdiyi bu paylaşımdan bir qədər sonra isə Madagizin tarixi adını bərpa etdiyini bildirdi: "2020-ci il oktyabrın 3-dən Madagizin tarixi adını bərpa edirəm. Bundan sonra Suqovuşan adlandırılır”. 

Xalqımız bu tarixi anları yaşamazdan bir qədər əvvəl Ermənistanın baş naziri diaspor təşkilatlarına müraciət edərək çarəsiz halda yardım dilənirdi. Şanlı tariximizə qızıl hərflərlə yazılan bu gün həm də tarixə Paşinyanın məğlubiyyətlərinin etirafı kimi yazılacaq. Ermənistanın baş naziri müraciətində çoxlu sayda qüvvə və hərbi texnika itirdiklərini dilə gətirdi və erməni diasporundan imdad dilədi. 

Bəli, artıq bütün sahələrdə böyük uğurlara imza atan Silahlı Qüvvələrimiz tarixi ədaləti, öz ərazi bütövlüyümüzü təmin edir. Azərbaycan xalqı qələbələrə sevinir, ermənilər isə məğlubiyyətə düçar olurlar. 

Bu gün şanlı Ordumuzun düşmənə endirdiyi zərbələrdən qorxuya düşən ermənilər artıq Xankəndidən Yerevana köç edirlər. Bütün cəbhə boyunca ağır itkilər verən düşmən geri çəkilir. 

Qeyd edək ki, Tərtər rayonunun strateji əhəmiyyətli ərazisi olan Suqovuşan 1994-cü ildə düşmən tərəfindən işğal edilmişdi. Bu ərazinin işğaldan azad olunması ilə Ordumuz mühüm yüksəkliklərə yiyələnmiş oldu. Bu yaşayış məntəqəsi keçmiş Ağdərə rayonu ilə Kəlbəcər rayonu arasındakı şimal yolunun üzərində yerləşir. Buraya yaxın ərazidə ermənilərin əsas hərbi bazalarından biri də yerləşirdi. Suqovuşanın azad edilməsi Ordumuzun əks-hücum əməliyyatlarını daha da genişləndirməyə imkan verəcək. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kambocanın Baş naziri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
14:23 12.10.2026
Kambocanın Baş naziri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi
14:13 12.10.2026
Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi
Kambocanın Baş naziri Zəfər parkını ziyarət etdi
14:06 12.10.2026
Kambocanın Baş naziri Zəfər parkını ziyarət etdi
İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib - FOTOLAR
13:56 12.10.2026
İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib - FOTOLAR
“Volkswagen”in satışları kəskin azaldı
13:40 12.10.2026
“Volkswagen”in satışları kəskin azaldı
Vahid məktəbli formasına qarşı çıxışların sifarişi SEPAH-dan gəlib – FOTOFAKT
13:36 12.10.2026
Vahid məktəbli formasına qarşı çıxışların sifarişi SEPAH-dan gəlib – FOTOFAKT
Pensiya artımları ilə bağlı - AÇIQLAMA
13:28 12.10.2026
Pensiya artımları ilə bağlı - AÇIQLAMA
“6-7 yaşlı uşaqlara bunu rəva görmürəm” – Firəngiz Əlizadə
13:16 12.10.2026
“6-7 yaşlı uşaqlara bunu rəva görmürəm” – Firəngiz Əlizadə
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
13:15 12.10.2026
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
Son dəqiqə! İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi
12:57 12.10.2026
Son dəqiqə! İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi
Nizami Cəfərov: Məktəbli forması sosial bərabərsizliyi aradan qaldırır
12:48 12.10.2026
Nizami Cəfərov: Məktəbli forması sosial bərabərsizliyi aradan qaldırır
Həkim əvəzinə katibə botoks etdi: 16 nəfər xəstəxanalıq oldu
12:46 12.10.2026
Həkim əvəzinə katibə botoks etdi: 16 nəfər xəstəxanalıq oldu
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
12:38 12.10.2026
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
Azərbaycan Prezidenti: Kamboca ilə ticarət dövriyyəmiz hələ də çox aşağı səviyyədədir
12:36 12.10.2026
Azərbaycan Prezidenti: Kamboca ilə ticarət dövriyyəmiz hələ də çox aşağı səviyyədədir
"İrandan idarə olunan qruplar dövlətin təhlükəsizliyi üçün təhdidə çevrilir” - VACİB AÇIQLAMA
12:34 12.10.2026
"İrandan idarə olunan qruplar dövlətin təhlükəsizliyi üçün təhdidə çevrilir” - VACİB AÇIQLAMA
“Daxili sabitliyə zərər vurmaq heç bir tərəfə fayda gətirməz” - Mənsum İbrahimov
12:14 12.10.2026
“Daxili sabitliyə zərər vurmaq heç bir tərəfə fayda gətirməz” - Mənsum İbrahimov