İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng etdi

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng etdi
Bütün Xəbərlər
00:41 14.12.2011
2035

Prezident Türkiyənin baş nazirinə cərrahiyyə əməliyyatının uğurla keçməsi ilə əlaqədar xoş arzularını çatdırıb

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. AZXEBER.COM-un prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, İlham Əliyev Rəcəb Tayyib Ərdoğana cərrahiyyə əməliyyatının uğurla keçməsi ilə əlaqədar xoş arzularını çatdırıb, dost və qardaş Türkiyə xalqının firavanlığı və tərəqqisi naminə dövlətçilik fəaliyyətində bundan sonra da yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıb. Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və xoş sözlərə görə dövlət başçısına minnətdarlığını bildirib.

OXŞAR XƏBƏRLƏR