İlham Əliyev: “Rusiya sülhməramlılarının məsuliyyət zonasında ciddi insident baş verməyib”

İlham Əliyev: “Rusiya sülhməramlılarının məsuliyyət zonasında ciddi insident baş verməyib”
SİYASƏT
17:05 26.11.2021
610
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə üçtərəfli danışıqların Qarabağda tənzimlənməyə şərait yaratmaq, insanların sülh şəraitində yaşamaları üçün lazım olduğunu bildirib.

Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli görüşdə Putin qeyd edib ki, Qarabağdakı vəziyyətin nizamlanması üçün bir sıra məsələlərin müzakirəsi nəzərdə tutulur.

"Burada bizim sülhməramlılarımız da müsbət rol oynayır, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi aktiv fəaliyyət göstərir. Təəssüf ki, problemlər və insidentlər var. Hələ də itkilər var. Biz elə bunun üçün toplaşmışıq. Görək nə edilib, nə etmək lazımdır, hər kəs nə etməlidir ki, nəinki belə bir şey yaşansın, əksinə, vəziyyəti sakitləşdirmək və bölgədə vəziyyəti elə keyfiyyətdə inkişaf etdirmək üçün şərait yaradılsın ki, insanların sülh şəraitində yaşamasına və ölkələrin inkişaf etməsinə imkan yaransın”, - deyə Putin bildirib.

"İl ərzində Rusiya sülhməramlılarının məsuliyyət zonasında ciddi insidentlər baş verməyib. Silahlı toqquşmalar, hansısa ciddi insident baş verməyib. Ara-sıra hadisələr olub ki, bu da bir növ sistem böhranı olub. Azərbaycan və Ermənistan arasında silahlı toqquşma olub, lakin bu ərazi Rusiya sülhməramlılarının məsuliyyət zonası deyil. Bütün bunlar bizi üçtərəfli format da daxil olmaqla hadisələri diqqətlə nəzərdən keçirməyə və riskləri necə idarə etmək və minimuma endirmək barədə danışmağa məcbur edir. Biz sizin, Rusiya Federasiyasının ali nümayəndələrinin və təbii ki, Rusiya sülhməramlılarının rolunu yüksək qiymətləndiririk. Gələn il bu işdə yaxşı nəticələrə ümid edirik”, - deyə İ.Əliyev qeyd edib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda əhalinin gəlirləri artıb
11:19 09.10.2026
Azərbaycanda əhalinin gəlirləri artıb
Dərsə getməyən şagirdlərin valideynləri cərimələnəcək? - VİDEO
11:13 09.10.2026
Dərsə getməyən şagirdlərin valideynləri cərimələnəcək? - VİDEO
Qaradağda əsgərləri daşıyan avtobus aşdı - VİDEO
11:08 09.10.2026
Qaradağda əsgərləri daşıyan avtobus aşdı - VİDEO
“Ailə uşaqların tərbiyəsinə televiziya və dərslərdən daha çox təsir edir”
11:00 09.10.2026
“Ailə uşaqların tərbiyəsinə televiziya və dərslərdən daha çox təsir edir”
Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı
10:54 09.10.2026
Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
10:50 09.10.2026
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Prezident: "Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır"
10:48 09.10.2026
Prezident: "Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır"
Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı: yeni əməkdaşlıq mərhələsi
10:46 09.10.2026
Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı: yeni əməkdaşlıq mərhələsi
"Məqsədimiz Azərbaycan üzərindən yükdaşımaların həcmini hər istiqamət üzrə 15 milyon tona çatdırmaqdır"
10:45 09.10.2026
"Məqsədimiz Azərbaycan üzərindən yükdaşımaların həcmini hər istiqamət üzrə 15 milyon tona çatdırmaqdır"
Komitə sədri: Gənclər milli-mənəvi dəyərlərə bağlı olmalıdır
10:44 09.10.2026
Komitə sədri: Gənclər milli-mənəvi dəyərlərə bağlı olmalıdır
Ramin Məmmədov: “Dünyəviliklə dini-mənəvi dəyərlər arasında ziddiyyət yoxdur”
10:39 09.10.2026
Ramin Məmmədov: “Dünyəviliklə dini-mənəvi dəyərlər arasında ziddiyyət yoxdur”
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyənin deputatları ilə görüşdü
10:38 09.10.2026
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyənin deputatları ilə görüşdü
Kapital Bank istiqraz yerləşdirməsi ilə xarici investor bazarına çıxışını genişləndirib
10:36 09.10.2026
Kapital Bank istiqraz yerləşdirməsi ilə xarici investor bazarına çıxışını genişləndirib
Fərid Qayıbov: Gənclərimiz Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edir
10:34 09.10.2026
Fərid Qayıbov: Gənclərimiz Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edir
Prezident: MDB siyasi dialoq platforması kimi özünü təsdiqləyib
10:27 09.10.2026
Prezident: MDB siyasi dialoq platforması kimi özünü təsdiqləyib
Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında - FOTOLAR
10:26 09.10.2026
Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında - FOTOLAR