İlham Əliyev Seneqal prezidentini təbrik etdi

İlham Əliyev Seneqal prezidentini təbrik etdi
Bütün Xəbərlər
10:08 31.03.2012
1138

Dövlət başçısı prezident vəzifəsinə seçilməsi münasibəti ilə Məkki Salla təbrik məktubu ünvanlayıb

Azərbaycan prezidenti İlham Əliyev Seneqal Respublikasının prezidenti Məkki Salla təbrik məktubu ünvanlayıb. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, təbrik məktubunda deyilir: "Seneqal Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Seneqal arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir". İlham Əliyev Məkki Salla möhkəm cansağlığı, xoşbəxtlik, dost Seneqal xalqının rifahı naminə qarşıdakı fəaliyyətində uğurlar diləyib.

OXŞAR XƏBƏRLƏR