İlham Əliyev: 'Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır'

İlham Əliyev:
SİYASƏT
12:20 05.09.2013
1337

Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, onun rifahı, onun sağlamlığıdır.

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının açılışında çıxış edərkən deyib.“Bu gün Azərbaycanın müxtəlif yerlərində keyfiyyətli tibbi xidmət almaq üçün bütün şərait vardır. Xüsusilə cənub zonasında demək olar ki, bütün rayonlarda xəstəxanalar, diaqnostika mərkəzləri tikilib, yaxud da ki, əsaslı şəkildə təmir edilib”.Dövlət başçısı qeyd edib ki, bütün işlər, iqtisadi-sosial, infrastruktur layihələri ardıcıl şəkildə aparılır.“Mənə verilən məlumata görə, qazlaşdırma prosesi də gedir. Düzdür, rayon hələ ki, tam şəkildə qazlaşdırılmayıbdır, ancaq hesab edirəm ki, yaxın bir il ərzində bütün kəndlər, şəhər də daxil olmaqla yüz faiz qazlaşdırılmalıdır.İçməli su layihəsi gələn ilin sonuna qədər başa çatacaqdır, Cəlilabad şəhərinin təmiz içməli su ilə təminatı həll ediləcəkdir. Tibb mərkəzləri. Yəni, rayonda bütün sosial infrastruktur yenilənir, tikilir və bundan sonra da biz bu siyasəti davam etdirəcəyik”.İlham Əliyev vurğulayıb ki, Cəlilabad böyük rayondur, əhalisi də çoxdur.“Əlbəttə ki, rayonun sosial-iqtisadi inkişafı ilə bağlı tədbirlər görülür, vaxtaşırı Prezidentin ehtiyat fondundan vəsait ayrılır, dövlət investisiya proqramında məsələlər öz həllini tapır. Növbəti illər üçün Cəlilabadda bu günə qədər həll edilməyən məsələlər də öz həllini tapacaqdır.Xüsusilə biz müxtəlif layihələri gələn ilin investisiya proqramına salacağıq. Gələn il növbəti regional inkişaf proqramı qəbul ediləcəkdir ki, oraya da bu günə qədər görə bilmədiyimiz məsələlər salınacaqdır.Rayonun hərtərəfli inkişafı ilə bağlı kompleks tədbirlər görülür və qeyd etdiyim kimi, səhiyyə, təhsil, infrastruktur, iqtisadi inkişafla bağlı bütün məsələlər öz həllini tapır.Deyə bilərəm ki, son illərdə Cəlilabadda görülən işlər ölkəmizin ümumi dinamikasını göstərir.

Mən son 10 il ərzində Prezident kimi dəfələrlə Cəlilabadda olmuşam, əvvəlki dövrlərdə də olmuşam. Amma Prezident kimi bu, mənim altıncı səfərimdir. Demək olar ki, rayonda iki ildən bir, bəlkə ondan da tez oluram. Keçən il də olmuşam.Əlbəttə ki, bu səfərlər imkan verir ki, vəziyyətlə dərindən tanış olum, eyni zamanda, insanları narahat edən problemləri də mən gərək sizdən eşidim. Əlavə nə edilməlidir, həllini gözləyən hansı əlavə məsələlər var ki, biz gələcəkdə onları həll edək”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
Sabah bu ərazilərdə işıq olmayacaq
22:46 10.03.2026
Sabah bu ərazilərdə işıq olmayacaq