İlham Əliyev: “Status-kvonun dəyişdirilməsini ən çox arzulayan tərəf Azərbaycandır”

İlham Əliyev: “Status-kvonun dəyişdirilməsini ən çox arzulayan tərəf Azərbaycandır”
Bütün Xəbərlər
09:43 08.10.2011
1053

Fransa prezidenti Nikola Sarkozinin Azərbaycana səfəri zamanı regional təhlükəsizlik məsələləri bağlı geniş söhbət aparılıb. ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda Fransız Liseyinin təməlqoyma mərasimindəki çıxışında deyib. Dövlət başçısının sözlərinə görə, Fransa Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması işində çox mühüm rol oynayır: “Biz bu rolu yüksək qiymətləndiririk və ümid edirik ki, şəxsən Sizin səyləriniz nəticəsində münaqişə tezliklə beynəlxalq hüquq normalarına uyğun şəkildə həllini tapacaq və ölkəmizin ərazi bütövlüyü bərpa olunacaq”. “Uzun illərdir ki, Azərbaycan torpaqları - Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon işğal altındadır. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı doğma torpağında qaçqın-köçkün həyatı yaşayır. Bu vəziyyətə son qoyulmalıdır və status-kvo dəyişdirilməlidir”, - Azərbaycan prezidenti deyib. Onun sözlərinə görə, status-kvonun dəyişdirilməsi üçün yaxşı imkanlar var və status-kvonun dəyişdirilməsini ən çox arzulayan tərəf Azərbaycandır: “Çünki bu, bizim torpaqlarımızdır və bizim torpaqlar işğal altındadır. Beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz qərarlarını vermişlər. BMT Təhlükəsizlik Şurası, ATƏT, Avropa Parlamenti, Avropa Şurası, digər təşkilatlar - yəni, məsələnin həlli üçün hüquqi baza var. Əminəm ki, yaxın zamanlarda daha da ciddi addımlar atılacaq, münaqişəyə son qoyulacaq və Cənubi Qafqazda sülh, əməkdaşlıq yaranacaq”.

OXŞAR XƏBƏRLƏR