İlham Əliyev talassemiyaya dair Dövlət Proqramını təsdiq etdi

İlham Əliyev talassemiyaya dair Dövlət Proqramını təsdiq etdi
Bütün Xəbərlər
15:32 10.02.2015
930

Səhiyyə Nazirliyinə tapşırıq verildi.

Azərbaycan prezidenti İlham Əliyev “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.AZXEBER.COM AzerTAc-a-a istinadən xəbər verir ki, sənəddə deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq qərara alıram:

1. “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” təsdiq edilsin.

2. Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə həvalə edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

OXŞAR XƏBƏRLƏR