İlham Əliyev Tunis Prezidentini təbrik edib

İlham Əliyev Tunis Prezidentini təbrik edib
SİYASƏT
10:32 20.03.2014
910

Azərbaycan Prezidenti İlham Əliyev Tunis Prezidenti Məhəmməd Monsef Mərzukiyə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Tunis arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, dost Tunis xalqına əmin-amanlıq və rifah arzulayıram".
OXŞAR XƏBƏRLƏR