İlham Əliyev və birinci xanım “Baku Cristall Hall”da

İlham Əliyev və birinci xanım “Baku Cristall Hall”da
Bütün Xəbərlər
18:49 08.06.2015
1328
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və qızı Leyla Əliyeva iyunun 8-də birinci Avropa Oyunları zamanı idmanın bir neçə növü üzrə yarışların keçiriləcəyi “Baku Cristall Hall” da yaradılan şəraitlə tanış olublar.
AZXEBER.COM AZƏRTAC-a istinadla xəbər verir ki, Gənclər və İdman naziri Azad Rəhimov dövlətimizin başçısına burada görülən işlər barədə məlumat verdi.
“Baku Cristall Hall”da birinci Avropa Oyunları zamanı idmanın voleybol, boks, qılıncoynatma, taekvondo və karate növləri üzrə yarışlar keçiriləcək.
Burada voleybol meydançası yüksək səviyyədə yaradılıb. Dörd min tamaşaçı yerlik bu meydança beynəlxalq tələblərə cavab verən ən müasir texniki avadanlıqla təchiz edilib. Meydançada Oyunlar zamanı həm kişi, həm də qadın idmançılar mübarizə aparacaqlar. Ümumilikdə, birinci Avropa Oyunlarında Azərbaycan ilə yanaşı Belçika, Bolqarıstan, Finlandiya, Almaniya, Fransa, İtaliya, Polşa, Rusiya, Serbiya, Slovakiya, Türkiyə, Xorvatiya, Rumıniya, Hollandiya komandaları iştirak edəcəklər.
“Baku Cristall Hall”un müasir səviyyədə qurulması həm də ölkədə idmanın inkişafına göstərilən diqqətin nəticəsidir. Azərbaycanda idmanın voleybol növünə maraq getdikcə artır. Ölkəmizdə idmanın digər növlərində olduğu kimi, voleybolda da mühüm nailiyyətlər əldə edilib. Azərbaycan Voleybol Federasiyası Beynəlxalq və Avropa Voleybol federasiyalarının, o cümlədən Şərqi Avropa Voleybol Zona Assosiasiyasının üzvüdür.
“Baku Cristall Hall”un boks meydançasında yaradılan şərait də birinci Avropa Oyunları zamanı idmanın bu növü üzrə də yarışların ən yüksək səviyyədə baş tutmasına geniş imkan yaradır. Burada 2600 tamaşaçı yerlik tribuna qurulub. Zalın yaradılması zamanı beynəlxalq idman qurumları, o cümlədən “Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin tələbləri yüksək səviyyədə yerinə yetirilib. Burada həm idmançıların, həm məşqçilərin, həm də tamaşaçıların rahatlığı üçün mühüm işlər görülüb. Birinci Avropa Oyunlarında boks üzrə kişilər 10 çəki dərəcəsində, qadınlar isə 5 çəki dərəcəsində qüvvələrini sınayacaqlar.
Voleybol və boks meydançalarının “Baku Cristall Hall”un əsas hissəsində yerləşməsi səbəbindən onların arasında xüsusi akustik divar qurulub. Bu isə öz növbəsində yarışlar zamanı idmançılar, məşqçilər və tamaşaçıların rahatlığını təmin etməyə və bir-birinə mane olmamağa imkan verir. Bu cür akustik divarın qurulması beynəlxalq idman federasiyalarının tələblərinə daxildir.
Zalda yaradılan media mərkəzi də ən müasir səviyyədədir. Burada media nümayəndələrinin normal işləməsi üçün bütün şərait yaradılıb. “Baku Cristall Hall”da “Eurovision” mahnı müsabiqəsi zamanı şərhçilər üçün nəzərdə tutulan otaqlar genişləndirilərək Avropa Oyunları Ailəsi üçün xüsusi istirahət zonalarına çevrilib. Bina yanğın əleyhinə, həmçinin mərkəzləşdirilmiş havalandırma sistemləri ilə təchiz olunub. Görülən işlər zamanı binanın intellektual idarəetmə sistemi də tamamilə yenilənib. “Baku Cristall Hall” ilə qılıncoynatma, taekvondo və karate növləri üzrə yarışların olacağı zalı birləşdirmək üçün burada funksional keçid zonası inşa olunub.
İkimərtəbəli və 4500 kvadrat metr sahəsi olan bu zonada protokol, Avropa Oyunları Ailəsi, Federasiya nümayəndələrinin üzvləri üçün otaqlar və istirahət zonaları yaradılıb. Dopinq yoxlama, tibbi xidmət, idmançıların soyunub-geyinmə, yarışlara hazırlıq və digər xidməti otaqlar da funksional keçiddə yerləşir.
Birinci Avropa Oyunları zamanı qılıncoynatma, taekvondo və karate növləri üzrə yarışların keçirilməsi məqsədilə yaradılan zalda idmançıların rahatlığı üçün bütün zəruri şərait var. “Eurovision” mahnı müsabiqəsi zamanı Mətbuat Mərkəzi kimi istifadə edilən tikili indi yarışlar üçün tam hazır vəziyyətdədir. Zalın mühüm xüsusiyyətlərindən biri də meydançanın hər 3 idman növünə uyğun şəkildə yenidən qurulmasıdır. Burada taekvondo və karate yarışları zamanı tamaşaçı tutumu 1500, qılıncoynatma yarışlarında isə 1100 olacaq. Qılıncoynatma yarışları zamanı burada beynəlxalq idman qurumlarının tələblərinə uyğun 72 metr uzunluğunda meydança quraşdırılacaq.
Ümumilikdə, “Baku Cristall Hall”da birinci Avropa Oyunları zamanı keçiriləcək yarışlar üçün yaradılan zalların hamısı Beynəlxalq Olimpiya Oyunları standartlarına cavab verir. Birinci Avropa Oyunlarında dünyanın bir sıra qabaqcıl idmançıları mübarizə aparacaqlar. 59-u qızıl medal sahibi olmaqla ümumilikdə, 150 Olimpiya medalçısı “Bakı-2015” ilk Avropa Oyunlarına qatılacaq. “Bakı-2015” birinci Avropa Oyunları zamanı bütün dünyanın diqqəti çempion olmaq üçün mübarizə aparacaq qitə idmançılarına yönələcək. Belə tədbirlərdə ilk dəfə çıxış edəcək idmançıları isə birinci Avropa Oyunlarının çempionu titulunu əldə etmək uğrunda böyük rəqabət gözləyir.
Ümumilikdə, belə bir tarixi idman tədbirində iştirak etmək bütün idmançıların karyerasında yüksək dönüş nöqtəsi olacaq. İyunun 12-dən 28-dək davam edəcək Oyunlarda mübarizə aparacaq 6 min idmançıdan 200-ə yaxını dünya çempionudur. Bütün bu faktlar Avropa Oyunlarında güclü rəqabətin olacağının və dünya idman ictimaiyyətinin bu Oyunlara böyük əhəmiyyət verməsinin təsdiqidir.
“Baku Cristall Hall”un ətrafında geniş abadlıq işləri də aparılıb. Ərazidə 6 min kvadratmetr asfalt örtüyü yenilənib, o cümlədən 3 min 500 kvadratmetr yeni asfalt örtüyü salınıb. Burada Avropa Oyunları Ailəsi, idmançılar, texniki işçilər və VİP qonaqlar üçün yeməkxanalar yaradılıb. Bundan başqa, ərazidə akkreditasiya, logistika, mühafizə zonaları, “Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməkdaşlarının otaqları və digər müvəqqəti qurğular quraşdırılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rumıniya KİV-də Azərbaycan və Ermənistan liderlərinin Vaşınqtondakı görüşü geniş işıqlandırılıb
17:50 09.08.2025
Rumıniya KİV-də Azərbaycan və Ermənistan liderlərinin Vaşınqtondakı görüşü geniş işıqlandırılıb
Özbəkistan XİN: Cənubi Qafqazda sülh böyük layihələrin başlanmasına yol açacaq
17:40 09.08.2025
Özbəkistan XİN: Cənubi Qafqazda sülh böyük layihələrin başlanmasına yol açacaq
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
17:25 09.08.2025
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
İspaniya XİN: Azərbaycan və Ermənistan arasında razılaşma yekun sülhə doğru həlledici addım olacaq
17:15 09.08.2025
İspaniya XİN: Azərbaycan və Ermənistan arasında razılaşma yekun sülhə doğru həlledici addım olacaq
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb
16:52 09.08.2025
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb
Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
16:32 09.08.2025
Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb
16:12 09.08.2025
Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb
“Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb" - Tokayev
15:51 09.08.2025
“Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb" - Tokayev
Bakıda it oğurlayan şəxs həbs edildi
15:39 09.08.2025
Bakıda it oğurlayan şəxs həbs edildi
AŞPA sədri: Azərbaycan və Ermənistanın sülh müqaviləsini paraflamasını alqışlayırıq
15:11 09.08.2025
AŞPA sədri: Azərbaycan və Ermənistanın sülh müqaviləsini paraflamasını alqışlayırıq
SALOĞLU-da Fabrik Qiymətinə Kampaniyasının Son 5 Günü
15:05 09.08.2025
SALOĞLU-da Fabrik Qiymətinə Kampaniyasının Son 5 Günü
“İlham Əliyev tarix yazan, tarix yaradan bir liderdir” - Xoşqədəm Hidayətqızı yazır
15:03 09.08.2025
“İlham Əliyev tarix yazan, tarix yaradan bir liderdir” - Xoşqədəm Hidayətqızı yazır
Sumqayıtda evdən 45 min manat oğurlanıb, yerinə üzərində “etibarsız” yazılmış əskinas qoyulub
14:52 09.08.2025
Sumqayıtda evdən 45 min manat oğurlanıb, yerinə üzərində “etibarsız” yazılmış əskinas qoyulub
Rusiyanın 6 aeroportunda uçuşlar dayandırıldı
14:29 09.08.2025
Rusiyanın 6 aeroportunda uçuşlar dayandırıldı
“Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayırıq”
14:17 09.08.2025
“Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayırıq”
Maya Sandu Azərbaycan və Ermənistanı təbrik edib
14:02 09.08.2025
Maya Sandu Azərbaycan və Ermənistanı təbrik edib