Azərbaycan prezidenti cənab İlham Əliyev cənab prezidentimizin dəvəti ilə 12-13 noyabr tarixlərində Türkiyəyə rəsmi səfər edəcək.
AZXEBER.COM-un verdiyi xəbərə görə, bununla bağlı Türkiyə prezidentinin rəsmi saytında məlumat verilib.Məlumata görə, səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın birgə sədrlikləri ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji İşbirliyi Şurasının 3-cü iclası da keçiriləcək.Bildirilir ki, cənab İlham Əliyevin bu il oktyabrın 9-da ölkəsində keçirilən prezident seçkilərində yenidən prezident seçilməsindən sonra xarici ölkəyə edəcəyi bu ilk rəsmi səfərdə Türkiyə prezidenti və baş naziri ilə rəsmi görüşləri olacaq.Bundan başqa Türkiyə prezidenti Abdullah Gül tərəfindən Azərbaycan prezidentinə Dövlət Nişanı təqdim ediləcək.“Səfər çərçivəsində baş tutacaq görüşlər və Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji İşbirliyi Şurasının 3-cü iclası dost və qardaş iki ölkə arasındakı münasibətlərdə ortaq gündəmdə yer alan mövzuların müzakirə olunmasına şərait yaradacaq, iki ölkə arasında müxtəlif sahələrə dair müqavilə və protokollar imzalanacaq, eləcə də regional və beynəlxalq əlaqələr sahəsində fikir mübadilələri aparılacaq”- deyə, məlumatda qeyd olunur.