İlham Əliyev Vladimir Putinə başsağlığı verib

SİYASƏT
10:20 30.12.2013
1041

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib.

Başsağlığında deyilir: "Volqoqrad dəmir yolu vağzalında baş vermiş terror aktı nəticəsində insan tələfatı haqqında xəbər məni dərindən sarsıtdı.Biz terrorizmin bütün formalarını və təzahürlərini qətiyyətlə pisləyirik.Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Zərər çəkənlərin tezliklə sağalmasını arzulayıram".

OXŞAR XƏBƏRLƏR