İlham Əliyev Xətai rayonunda açılış etdi – FOTOLAR

İlham Əliyev Xətai rayonunda açılış etdi – FOTOLAR
Bütün Xəbərlər
13:22 09.02.2015
1161
“Bakıelektrikşəbəkə”nin rəhbəri dövlət başçısına məlumat verdi.
Fevralın 9-da Azərbaycan Prezidenti İlham Əliyev Bakının Xətai rayonu ərazisində yeni inşa olunmuş 110/35/6 kV-luq “Ağ şəhər-1” elektrik yarımstansiyasının açılışında iştirak edib.
AZXEBER.COM  dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, “Bakıelektrikşəbəkə” ASC-nin idarə heyətinin sədri Baba Rzayev “Ağ şəhər-1” yarımstansiyası, həmçinin yeni inşa edilən digər 110 kV-luq “Həzi Aslanov”, “Kürdəxanı”, eləcə də 35 kV-luq 7 elektrik yarımstansiyası barədə Prezident İlham Əliyevə məlumat verdi.
Dövlət başçısı dispetçer idarəetmə mərkəzindən “Ağ şəhər-1” yarımstansiyanı işə saldı.
Prezident İlham Əliyev yarımstansiyanın ayrı-ayrı sahələrində yaradılan şəraitlə tanış oldu.
OXŞAR XƏBƏRLƏR