İlham Əliyev Yanukoviçlə görüşdü

İlham Əliyev Yanukoviçlə görüşdü
Bütün Xəbərlər
01:47 13.12.2012
752

Dekabrın 12-də Azərbaycan prezidenti İlham Əliyevin və Ukrayna prezidenti Viktor Yanukoviçin görüşü olub.

Azərbaycan prezidenti görüş zamanı iki ölkənin münasibətlərində irəliyə doğru tərəqqinin olduğunu vurğulayıb. Prezident Əliyevin sözlərinə görə irəliləyiş Həm siyasi, həm  iqtisadi, həm də digər sahələri əhatə edir.

Azərbaycan prezidenti əməkdaşlığın uzunmüddətli və çoxşaxəli olduğunu vurğulayaraq ölkələr arasında strateji tərəfdaşlıq münasibətlərinin uğurla davam edəcəyini bəyan edib.

Ukrayna prezidenti  Viktor Yanukoviç  öz növbəsində bu səfərin ikitərəfli münasibətlərin daha da genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan olduğunu vurğulayıb. 

OXŞAR XƏBƏRLƏR