Dövlət başçısı rayonda görülmüş işlərlə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Yevlax şəhərinə səfərə gəlib. Dövlət başçısı əvvəlcə Yevlax şəhərinin mərkəzində Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov Azərbaycan Prezidentinə parkda və rayonda görülmüş abadlıq-quruculuq işləri barədə məlumat verib.