İlham Əliyevdən gömrük və vergi sistemi ilə bağlı - MÜHÜM AÇIQLAMA

İlham Əliyevdən gömrük və vergi sistemi ilə bağlı -  MÜHÜM AÇIQLAMA
Bütün Xəbərlər
15:22 23.12.2015
4833
“Möhtəkirliklə məşğul olanlara qarşı cəza tədbirləri görüləcək”.
Hökumətin qarşısında makroiqtisadi sabitliyin təmin edilməsi, inflyasiyanın minimal səviyyədə olması, ölkədə istehsal olunan ərzaq və tikinti materiallarının, yanacağın qiymətinin sabit saxlanılması ilə bağlı vəzifələr qoyulub. Biz çalışacağıq ki, manatın məzənnəsi ilə bağlı qaçılmaz qərarın fəsadlarını azaldaq, minimum səviyyəyə endirək.
AZXEBER.COM xəbər verir ki, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsində 2015-ci ilin yekunları, idmançılara və idman mütəxəssislərinə mükafatların təqdim edilməsi mərasimində çıxışıında deyib.
Dövlət başçısı bildirib ki, süni bahalaşmaya yol verənlər, möhtəkirliklə məşğul olanlara qarşı cəza tədbirləri görüləcək:
“Ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, lisenziyalarla bağlı ciddi qərarlar qəbul olunub. İqtisadi-maliyyə sektorunda daha ciddi islahatlar aparılacaq. İqtisadi liberallaşma, inhisarçılığa qarşı mübarizə sahəsində tədbirlər görüləcək. Gömrük və vergi sistemində maksimum şəffaflıq təmin ediləcək”.
OXŞAR XƏBƏRLƏR