"Ölkədə prezident seçkilərində bir neçə şəxs namizədliyini irəli sürüb. Həmin namizədlərin arasında Prezidentliyə İlham Əliyevdən daha layiqlisini görmürəm".
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Avropa Qəzetəçilər Dərnəyinin (AQD) müşaviri Könül Ayxan deyib.
O bildirib ki, ölkədəki ictimai-siyasi sabitliyə görə hər kəs 11 aprel seçkilərində İlham Əliyevə səs verməlidir:
"Hər bir kəs istəyir ki, yaşadığı ölkədə ictimai-siyasi sabitlik davamlı olsun, qarşıdurmalar olmasın. Xalqı çaxnaşmalara, qarşıdırmalara sövq edən kəsləri də gördük. Və anladıq ki, ölkəni idarə edəcək layiqli başqa birisi yoxdur. Növbəti prezident seçkilərində də dövlətimizin başçısı cənab İlham Əliyevi ideal namizəd görürəm.
Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşub.
Əfsuslar olsun ki, ölkəni digər ölkələrdə nüfuzdan salmaq istəyənlər sapı özümüzdən olan baltalardır.
Xalqımızın, dövlətimizin qüdrəti və birliyi naminə hər kəsi növbəti prezident seçkilərində Cənab Ali Baş Komandan, İlham Əliyevə səs verməyə səsləyirəm.












































