Dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ümummilli lider Heydər Əliyevin vəfatı günü ilə əlaqədar ehsan verilib.
AZXEBER.COM AzərTAc-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva, ölkəmizin bütün şəhər və rayonlarından ictimaiyyətin nümayəndələri mərasimdə iştirak etmişlər.
Ehsan mərasimi Qurani-Kərimdən ayələrin oxunması ilə başladı.
Dövlətimizin başçısı mərasimdə çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzolunmaz xidmətlərindən, müstəqilliyimizin möhkəmlənməsi, dövlətçiliyimizin inkişafı sahəsində gördüyü misilsiz işlərdən danışdı.
Sonra ehsan süfrəsi açıldı.
Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə çıxış etdi.