'İlham Əliyevin seçkilərdə qələbəsi həm də Azərbaycan gəncliyinin qələbəsi olacaq' - Fərid Şahbazlı

GƏNCLİK
01:04 08.06.2013
2842

“İlham Əliyevin yenidən ölkə prezidentliyinə namizəd kimi irəli sürülməsi Azərbaycanda sabitliyi pozmaq, ölkəni dünya hegemonlarının nəzarətinə vermək istəyən qüvvələrə ən layiqli cavab oldu”. Bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin(İB) sədri Fərid Şahbazlı Yeni Azərbaycan Partiyasının V qurultayında İlham Əliyevin yenidən Azərbaycan prezidentliyinə namizəd kimi irəli sürülməsi ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, sürətlə inkişaf edən, dünyanın önəmli ölkələrindən birinə çevrilən Azərbaycanın qazandığı hər bir uğur İlham Əliyevin konkret hədəflərə hesablanan siyasətinin nəticəsidir: “Bu gün Azərbaycan gəncliyi cənab Prezidenti özünün ən böyük dostu hesab edir. Prezident davamlı olaraq gənclərin ölkənin ictimai-siyasi həyatında fəal iştirakını, onların sosial rifah halının yüksəldilməsini təmin etmək üçün konkret addımlar atır. Ölkəmizdə reallaşdırılan dövlət gənclər siyasətinin mahiyyətində Azərbaycan gəncliyini dövlətçiliyə bağlı və dünyada gedən rəqabət prosesinə tab gətirəcək səviyyədə intellektual bir qüvvə kimi görmək istəyi dayanır. Tam məsuliyyətlə demək olar ki, bu siyasət hər ötən gün daha çox öz əsas məqsədinə çatır. Lakin, çox təəssüf ki, ölkəmizdəki bəzi radikal dairələr müəyyən gənclər qruplarından siyasi kamikadze kimi istifadə edirlər. Ancaq unudurlar ki, gəncləri öz çirkin əməllərinə alət edənlər tarix qarşısında cavab verəcək”.

Fərid Şahbazlının sözlərinə görə, qarşıdan gələn seçkilərdə ölkə gəncliyinin mövqeyi qəti və aydındır: “Bizim yeganə namizədimiz İlham Əliyevdir və onun seçkilərdə qələbəsi həm də Azərbaycan gəncliyinin qələbəsi olacaq”.

“İslahatçı Gənclər” İctimai Birliyinin sədri eyni zamanda son günlər bir sıra müxalifət nümayəndələrinin Milli Şura adı altında birləşmək cəhdlərini də dəyərləndirib: “Mən bu məsələni hətta müzakirəyə layiq bilməyəcək qədər qeyri-ciddi hesab edirəm. Milli Şura və bu qəbildən olan təsisatları müxalifətin növbəti “evcik-evcik” oyunun davamı hesab edirəm. Müxalifətin bir sıra təmsilçilərinin də bəri başdan Milli Şuradan imtina etməsi də göstərir ki, bu qurumu da digərlər bu qəbildən olan təşkitların acı və uğursuz taleyi gözləyir”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyədə yüksək meteoroloji təhlükə elan edildi
21:36 16.10.2026
Türkiyədə yüksək meteoroloji təhlükə elan edildi
Zelenski: Ukrayna yaxın vaxtlarda ilk “Gripen” qırıcılarını alacaq
21:29 16.10.2026
Zelenski: Ukrayna yaxın vaxtlarda ilk “Gripen” qırıcılarını alacaq
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
21:20 16.10.2026
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib
21:13 16.10.2026
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib
Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
21:06 16.10.2026
Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
Qırğızıstan və Ermənistan süni intellekt sahəsində birgə müəssisə yarada bilər
20:58 16.10.2026
Qırğızıstan və Ermənistan süni intellekt sahəsində birgə müəssisə yarada bilər
Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb
20:50 16.10.2026
Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb
Beynəlxalq koalisiya Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart kimi qiymətləndirib
20:43 16.10.2026
Beynəlxalq koalisiya Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart kimi qiymətləndirib
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
20:36 16.10.2026
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
20:27 16.10.2026
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!
20:23 16.10.2026
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!
Ukrayna Ali Radasının sədri: Ermənistanla münasibətlərin möhkəmləndirilməsində maraqlıyıq
20:19 16.10.2026
Ukrayna Ali Radasının sədri: Ermənistanla münasibətlərin möhkəmləndirilməsində maraqlıyıq
Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib
20:15 16.10.2026
Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib
Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb
20:11 16.10.2026
Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb
Bakıda yeni müntəzəm avtobus marşrutu istifadəyə verilir
20:05 16.10.2026
Bakıda yeni müntəzəm avtobus marşrutu istifadəyə verilir
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
20:02 16.10.2026
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib