Dövlət başçısı şəhərdə zavod açılışlarında olub
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərində səfərdə olub. Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib.Daha sonra isə “Azərsun Sənaye Parkı”nın nəzdində yaradılmış Azərbaycan kağız və karton istehsalat kombinatının, Sumqayıt yağ fabrikinin açılışlarında iştirak edib.
Azərbaycan Prezidenti mis emalı zavodunun açılışında iştirak edib.










































































