İlham Məmmədov: 'İlham Əliyev prezidentliyə Azərbaycan xalqının namizədidir'

İlham Məmmədov:
Bütün Xəbərlər
11:33 17.12.2012
1218

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) qarşıdan gələn prezident seçkilərində namizədi partiyamızın sədri, ölkə Prezidenti cənab İlham Əliyev olacaq.

Budəfəki seçkilərdə də yeganə namizədimiz odur və özü də o, tək bizim deyil, bütün Azərbaycan xalqının vahid namizədi kimi seçkilərdə iştirak edəcək.Bunua çıqlamasında hakim Yeni Azərbaycan Partiyasından olan millət vəkili İlham Məmmədov dilə gətirib.Millət vəkili deyib ki, bu, təkcə onun özünün şəxsi fikri deyil, ətrafında 600 minə yaxın insanı birləşdirən hakim siyasi təşkilatın və onun hər bir üzvünün fikri, mövqeyidir.İ.Məmmədovun qeyd etdiyinə görə, hakim siyasi təşkilatda heç kəs ölkə Prezidentindən savayı heç kimi prezidentliyə namizəd kimi görmür.YAP-çı millət vəkilinin fikrincə, çünki mərhum dövlət başçısı, böyük şəxsiyyət Heydər Əliyev kursunun layiqli davamçısı olan indiki ölkə Prezidenti məlum kursu uğurla davam etdirərək, son 9 illik hakimiyyəti dövründə Azərbaycanı dünyanın ən qüdrətli dövlətlərindən, sayılıb-seçilən, söz sahibi olan məmləkətlərindən birinə çevirib və çevirməkdədir.Millət vəkili eyni zamanda bildirib ki, Azərbaycanda həyata keçirilən iqtisadi, siyasi, demokratik inkişaf geridönməz xarakter alıb, bu gün dünyada artıq “Azərbaycan modeli” mövcuddur, dünya birliyi Azərbaycan adlı məmləkətlə və onun lideri ilə sözün əsl mənasında hesablaşır:“Elə bilirəm ki, bunları görməmək və görməzliyə vurmaq üçün siyasi cəhətdən korafəhm olmaq lazımdır. Bu uğurları, bu nailiyyətləri heç kim dana bilməz və heç bir halda da danmaq mümkün deyil.Dünyada 2008-ci ildən bu yana hələ də davam edən maliyyə-iqtisadi böhran fonunda Azərbaycan sürətli, sıçrayışlı və dinamik inkişaf yolu ilə əzmlə, yorulmadan addımlamaqdadır, inkişaf etməkdədir. Ölkəmizin, büdcəmizin gəlirləri ildən-ilə artmaqdadır, Azərbaycan kapital, sərmayə qoyulan ölkədən, artıq sərmayə, kapital, investisiya qoyan, yatıran ölkəyə çevrilməkdədir və çevrilib.Bu gün Azərbaycan qonşu Gürcüstana, qardaş, dost Türkiyəyə, beynəlxalq aləmdə yaxından əməkdaşlıq etdiyimiz Serbiyaya bir sıra layihələrlə bağlı yatırımlar qoymaqdadır. Bir neçə gün öncə Millə Məclisdə ratifikasiya edilən “TANAP” layihəsi Avropanın enerji təhlükəsizliyində və onun enerji asılılığından qurtulmasında öz müsbət töhfəsini vermiş olacaq. Bu gün eyni zamanda, Azərbaycan dünya miqyaslı nüfuzlu mahnı, idman, mədəniyyət tədbirlərinə, siyasi toplantılara uğurla ev sahibliyi etməkdədir.Buna misal olaraq bir neçə ay öncə, bəzi məkrli daxili və xarici qüvvələrin cəhdlərinə baxmayaraq, çox uğurla reallaşdırılan “Eurovision-2012” mahnı yarışmasını, təxminən ayarım əvvəl keçirilənavtoralli yarışmasını, o cümlədən, 17 yaşlı qızlar arasında dünya çempionatını göstərmək olar. Azərbaycan artıq daha bir nüfuzlu yarışmaya da ev sahibliyi etməyə hazırlaşır. Bu, Avropada ilk dəfə keçiriləcək olimpiya oyunlarının məhz Azərbaycanda reallaşdırılması ilə bağlı qəbul edilən tarixi qərardır”.

OXŞAR XƏBƏRLƏR