Həbsdə olan teleaparıcı İlham Mirzəyevin həbs müddəti uzadılıb.
Bununla bağlı istintaq orqanının vəsatəti əsasında Nərimanov Rayon Məhkəməsi qərar verib.
Qeyd edək ki, İ. Mirzəyev aprelin 11-də saxlanılıb. Onun əməlləri ilə əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
///APA