Adı bir sıra qalmaqallara qarışmış təhsil nazirinin müşaviri İlham Pirməmmədov haqqında yeni iddialar ortaya çıxıb.
Təhsil nazirliyindəki etibarlı mənbəndən AZXEBER.COM-a daxil olan məlumata görə, İ.Pirməmmədov Mikayıl Cabbarovun diqqətini çəkmək üçün mətbuatda dezinformasiyalar yaymaqla özünü “vəzifəyə” təyin etdirir.
Mənbənin sözlərinə görə, Mikayıl Cabbarovun Təhsil naziri təyin edilməsindən sonra nazirlikdəki mövqeyləri zəifləyən İ.Pirməmmədov bir müddət sonra yeni nazirlə kompramisə getmək üçün ictimaiyyət arasında yaxşı məmur obrazını yaratmağa başlayıb.
Bunun üçün də mətbuatın gücündən istifadə etməyə çalışan İ.Pirməmmədov sonuncu dəfə özünü Bakı Slavyan Universitetinin (BSU) keçmiş rektoru Kamal Abdullanın yerinə “təyin etdirib”.
Belə ki, bir ay bundan öncə İ.Pirməmmədovun yayımladığı dezinformasiyalarda guya ki, onun BSU-nun rektoru olması üçün ilkin razılığ alınması ilə bağlı şaiyələr yayılıb.
Mənbə əyalətlərdəki bütün kollec və peşə məktəblərinin «himayəçisi» kimi tanınan İ.Pirməmmədovun Mikayıl Cabbarovun gözündə ictimaiyyətin onun BSU-nun rektoru görmək istəməsi ilə bağlı imitasiya yaratmaq üçün belə bir yola əl atdığını deyir. Bununla da o, nazirlikdəki postunu möhkəmləndirməyə və yeni nazirin diqqətini cəlb etməyə səy götərir.
Ancaq martın 18-də Asif Hacıyevin prezident İlham Əliyevin sərəncamı ilə Bakı Slavyan Universitetinin (BSU) rektoru vəzifəsinə təyin olunması bütün bu şaiələrin İ.Pirməmmədov tərəfindən bilərəkdən yayılması ilə bağlı iddiaları ortaya çıxardıb.
Mənbənin sözlərinə görə, nazirlikdə artıq yaxın zamanda Mikayıl Cabbarovun nəzərdə tutduğu yeni kadr islahatları aparılacaq ki, məhz bu islahatların qurbanlarından biri də İ.Pirməmmədov olacaq.
Çünki yeni nazirin kadr siyasətində gənc və təmiz fəaliyyəti ilə ictimaiyyət arasında nüfuza sahib olan insanların təyin edilməsi İ.Pirməmmədovun yerini itirməsi ilə nəticələnə bilər.
P.S İddialarla bağlı adıçəkilən şəxslərin də fikirlərini portalda yayımlamağa hazırıq.