Bu həftə “ARAZ fm 103.3”–ün və Xəzər televiziyasının efirində yayımlanan “İmza mən” verlişinin qonağı Azərbaycanın və Dağıstanın xalq artisti İlhamə Quliyeva olub.
AZXEBER.COM-un məlumatına görə, xalq artisti, veriliş ərzində layihənin rəhbəri Səxavət Nurun suallarına səmimi cavab verib. “Mən artıq uzun müddətdir ki, səhnədəyəm. Məni səhnədə saxlayan pərəstişaklarımdır. Nə qədər ki, onlar var, mən də səhnədə olacam” deyən İlhamə Quliyeva, fikirlərini bölüşüb.
Sonda öz pərəstişkarları ilə görüşən xalq artisti, onlara imzalı fotolarını təqdim edib.
Qeyd edək ki, veriliş 6 iyul tarixində saat 19.30-da Xəzər TV və Araz FM 103.3-də yayımlanacaq. Verilişin informasiya dəstəyi AZXEBER.COM xəbər portalıdır.
Ozal İbrahimli