"Nəinki İlhamə Quliyevaya, heç kimə tabe olmamışam, olmaram da”.
AZXEBER.COM xəbər verir ki, bu sözləri xanəndə İlahə İbadova ATV telekanalında "Rəngarəng səhər” verilişində deyib.
İlhamə Quliyevanın şou-biznesdə ifaçılara qarşı qoyduğu qadağalardan danışan zaman xanəndənin "Bu il çox ağır başladı, ard-arda sənətkarlarımız itiririk. Allah hər birinə rəhmət eləsin, daha əvvəl dünyadan köçənlərə də həmçinin. Deyirsiz İlhamə xanım hamıya qadağa qoyurdu. Amma mən heç vaxt, heç kimə tabe olmamışam, olmaram da” sözləri maraqla qarşılanıb.
Xanəndə yalnız ustadlarından gələn tövsiyyələrə diqqət etdiyini deyib:
"İlhamə xanım mənə qadağa qoya da bilməzdi. O estrada ifaçısı olub, mən muğam. Mənə öz ustadlarım irad bildirə bilərdi, mən də özümü yığışdıra bilərdim səhvim varsa. Bu qədər”.
Aysel