Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan "Time" dərgisinin "İlin adamı" sorğusunu birinci yerdə tamamlayıb.AZXEBER.COM TRT Azərbaycana istinadən bildirir ki, jurnalın keçirdiyi sorğu üçün səsvermə başa çatıb. Nəticələrə görə, Ərdoğan 122 min 931 səslə birinci olub. Siyahıda ikinci yeri 74 min 415 səslə məşhur futbolçu Lionel Messi tutub.Üçüncü yerdə isə 61 min 388 səslə "Wall Street" etirazları ilə ortaya çıxan "cəmiyyətin 99 faizi" termini gəlir.