İlin ən böyük təhsil sərgisi keçiriləcək

İlin ən böyük təhsil sərgisi keçiriləcək
Bütün Xəbərlər
12:46 05.11.2012
1330
Dünyanın 4 qitəsindən 100 universitet Azərbaycanda 2012–ci ildə keçiriləcək ən böyük təhsil sərgisində bir araya gələcəklər. AZXEBER.COM-un verdiyi xəbərə görə, noyabrın 10-11-də Bakıda baş tutacaq bu sərgidə ABŞ, BƏƏ, İsveçrə, Çexiya, Almaniya, İngiltərə, Kanada, Türkiyə, Şimali Kipr, İspaniya, İtaliya, Fransa, Litva, Hollandiya, Avstraliya və Çindən ali təhsil ocaqları iştirak edəcəklər.Universitet nümayəndələri sərgiyə gələnlərə qəbul şərtləri, güzəştlər və ölkənin təhsil sistemi haqqında ətraflı məlumatlar verəcəklər. Sərgi zamanı xaricdə təhsillə bağlı bir neçə seminarın keçirilməsi də nəzərdə tutulur. Bundan əlavə, bakalavr, magistratura, MBA programları və dil məktəbləri barədə də ətraflı məlumat əldə etmək mümkün olacaq. Sərginin təşkilatçısı “Akare Education Fairs”-dir. Sərgi noyabrın 10-11-də saat 12:00 - 17:00 arası Bakının mərkəzində yerləşən Hilton otelində baş tutacaq.
Qeyd edək ki, sərginin informasiya dəstəyi AZXEBER.COM-dur.
OXŞAR XƏBƏRLƏR