Gənclər Mərkəzi İctimai Birliyinin icraçı direktoru Kənan Qubadzadə Avropa Oyunları ilə bağlı danışıb.
AZXEBER.COM-a açıqlama verən gənc fəal deyib ki, ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi olduqca əlamətdar hadisədir: “Bu Oyunlar Azərbaycan reallıqlarının təbliğ və nümayiş olunması, eləcə də ölkəmizin qüdrətinin ifadə olunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Əminliklə söyləmək olar ki, Azərbaycan bu Oyunlara uğurla ev sahibliyi edəcək”.
“Bakı-2015” ilk Avropa Oyunlarının cəmiyyətimiz tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandığını deyən K. Qubadzadə əlavə edib ki, bu prosesdə gənclər xüsusi aktivlik nümayiş etdirirlər: “Gənclər Mərkəzi İctimai Birliyinin Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Turizm regionlarında Avropa Oyunlarına hazırlıqla bağlı maarifləndirmə” adlı layihə çərçivəsində Avropa Oyunlarının mahiyyyəti regionlarda gənclərə çatdırılıb. Gənclərin mövqeyi, ifadə etdikləri fikirlər deməyə əsas verir ki, ilk Avropa Oyunlarına maraq kifayət qədər böyükdür. Bu məsələdə Azərbaycan cəmiyyəti vahid həmrəylik nümayiş etdirir