‘İlk dəfə dünyada 65 yaşa çatmış insanların sayı 5 yaşlı uşaqların sayından daha çox olacaq’ - MÜRACİƏT

‘İlk dəfə dünyada 65 yaşa çatmış insanların sayı 5 yaşlı uşaqların sayından daha çox olacaq’ - MÜRACİƏT
Bütün Xəbərlər
16:06 06.04.2012
1904

BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı Ofisindən AZXEBER.COM-a 7 aprel Ümumdünya Sağlamlıq Günü ilə bağlı müraciət daxil olub. Müraciəti olduğu kimi təqdim edirik...

Hər il 7 aprel biz 1948-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının təsis edilməsinin ildönümünü qeyd etmək üçün Ümumdünya Sağlamlıq Gününü qeyd edirik. Bu ilin mövzusu olan “Sağlam səhhət ömrü uzadır” bizlərə vacib mesaj çatdırır: ömür boyu sağlam həyat tərzinə riayət etsək sağlam və məhsuldar həyat sürmək şansımız artacaqdır.

Keçən əsrin ortalarında dünyada 80 yaxud daha çox yaşa çatmış insanların sayı cəmi 14 milyon idi. 2050-ci il üçün təkcə Çində 100 milyon olmaqla 400 milyon insan bu yaş qrupuna aid olacaq. Qısa zamanda, tarixdə ilk dəfə dünyada 65 yaşa çatmış insanların sayı beşyaşlı uşaqların sayından daha çox olacaq.

Dünya əhalisinin yaşında baş vermiş bu böyük dəyişiklik iqtisadi və sosial inkişafla bağlıdır. Əsasən qlobal ümumi səhiyyə sisteminin uşaq xilası və yaşlıların sağlamlığında əldə etdikləri nailiyyətlər nəticəsində dünyanın bir çox yerində insanlar daha uzun ömürlüdürlər. Bir çox yüksək gəlirli ölkələr artıq əhalinin yaşlanması ilə üzləşirlər. Növbəti onilliklərdə aşağı və orta gəlirli ölkələrdə də eyni köklü dəyişikliklər gözlənilir.

Uzunömürlülüyün artması təqdirəlayiq bir haldır və ortaq məqsədimizdir. Yaşlı insanlar ailə üzvü, aktiv işçi və könüllü kimi cəmiyyətə əhəmiyyətli töhfələr verirlər. Həyat boyu qazandıqları təcrübə onları cəmiyyət üçün əvəzedilməz resurs edir.

Lakin yaşlı insanların sayının artması, səhiyyə və sosial təminat sistemlərinə olan tələbin də artması deməkdir. Bu gün bütün ölkələrdə yaşlı insanlara ən böyük təhlükə qeyri-infeksion xəstəliklərdi. Ölüm hallarının başlıca səbəbləri ürək xəstəlikləri və insult, əlilliyin əsas səbəbləri isə görmə qabiliyyətinin zəifləməsi və kəmağıllıqdır. Aşağı gəlirli ölkələrdə yaşlı insanlar arasında bu xəstəliklərin göstəriciləri yüksək gəlirli ölkələrlə müqayisədə iki-üç dəfə yüksəkdir. Bu yükü yalnız yaşlı insanlar deyil, ailələr və bütünlükdə icmalar daşıyır.

Bir çox aşağı və orta gəlirli ölkələrdə gələcəkdə artacaq ehtiyaclar bir yana, mövcud ehtiyacları ödəmək üçün nə lazımi infrastruktur, nə də vəsait mövcuddur. Hökumətlərin yaşlı insanların sağlam və aktiv həyat sürməsinə imkan yaratması üçün bir çox praktiki və böyük miqdarda vəsait tələb etməyən həll yolların mövcud olması isə çox yaxşı xəbərdir. Əlavə olaraq, “sağlam qocalmaya” sərmayə qoyan ölkələr bütün icmaya faydalı olacaq sosial və iqtisadi xeyir əldə edə bilərlər.

Bu Ümumdünya Sağlamlıq Günündə mən dövlətləri, vətəndaş cəmiyyəti və özəl sektoru dünyanın hər yerində insanların sağlam qocalmasını təmin etmək üçün diqqət və sərmayə ayırmağa səsləyirəm.

OXŞAR XƏBƏRLƏR