İlk dəfə səs verəcək region gəncləri ilə səyyar görüşlər keçirilir

İlk dəfə səs verəcək region gəncləri ilə səyyar görüşlər keçirilir
GƏNCLİK
15:23 29.12.2023
2711
Gələn il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində ilk dəfə səs verəcək region gəncləri üçün seçki hüququ ilə bağlı maarifləndirici səyyar görüşlərin keçirilməsinə başlanılıb.

Bu barədə AZXEBER.COM-a Gənclər Fondundan məlumat verilib.

"Gəncin səsi, Gələcəyin səsi!” şüarı ilə baş tutan səfərlər Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə icra edilir.

Avtobuslar vasitəsilə təşkil edilən səyyar görüşlərin əsas məqsədi bölgələrdə, xüsusilə də kəndlərdə yaşayan gənclərin seçki sistemi, seçicinin hüquq və vəzifələri barədə maarifləndirilməsi, habelə baş tutacaq seçkilərdə ilk dəfə seçici kimi iştirak edəcək gənclərin məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırılmasıdır.

Qeyd edək ki, dekabrın 28-dən başlayan səyyar görüşlər ölkəmizin bir çox bölgəsini əhatə edəcək. Maarifləndirici-əyləncəli formatda təşkil olunan görüşlər ilk olaraq Şirvan, Sabirabad və Şamaxıda baş tutub. Gənclər üçün səyyar platformalar qurularaq rəqəmsal alətlər barədə məlumat sessiyaları, intellektual yarışlar, fərdi və peşəkar inkişafa, eləcə də səsvermə hüququndan istifadəyə dair təlimlər, müxtəlif oyunlar keçirilib və musiqili əyləncələr təşkil edilib.

Cəmiyyətin təkanverici qüvvəsi olan gənclərin fəal seçici rolunda çıxış etməsi və cəmiyyətin digər təbəqələrini də passiv müşahidəçidən fəal iştirakçılığa keçməsinə təşviq etmək gənclərin ölkə vətəndaşı olaraq əsas vəzifələrindəndir. "Gəncin səsi, Gələcəyin səsi!” şüarı ilə Azərbaycanın bölgələri üzrə həyata keçirilən səyyar görüşlər gəncləri bu vətəndaşlıq vəzifəsinin icrasına məsuliyyətlə yanaşmağa həvəsləndirmək məqsədi daşıyır.
 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
Bakının bu yerlərində işıq kəsiləcək
22:34 26.07.2026
Bakının bu yerlərində işıq kəsiləcək
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO
22:26 26.07.2026
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO