İlk maaşın sevinci çox çəkmədi

İlk maaşın sevinci çox çəkmədi
Bütün Xəbərlər
13:15 29.11.2013
2532
Cəmi iki ay əvvəl mənzillərə alınan soba ananı baladan əbədi ayırıb. Suraxanı rayonunda dünən ana qızını hamamda ölmüş vəziyyətdə tapıb. 
Rayon Prokurorluğundan Milli.Az-a bildirildi ki, günorta saatlarında yuyunmaq üçün hamama girən 27 yaşlı Gülnar Əhmədovaorada boğulub. Qızının gec çıxmasından narahat olan ana qapını açaraq Gülnarı yerdə huşsuz vəziyyətdə görüb. Dəm qazından boğulan qızın həyatını xilas etmək mümkün olmayıb.Anası ilə ikisi yaşayan G.Əhmədova yeni işə düzləlibmiş. Elə ilk maaşına İran istehsalı olan sobanı alaraq hamamda quraşdırıbmış.
OXŞAR XƏBƏRLƏR