İlk yarımildə 22 min nəfərə pensiya təyin olunub

İlk yarımildə 22 min nəfərə pensiya təyin olunub
SOSİAL
10:18 14.07.2026
202
2026-cı ilin yanvar-iyun ayları ərzində 22 min 690 nəfərə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.

AZXEBER.COM xəbər verir ki, pensiya təyin olunan şəxslərin 54,53 faizini kişilər, 45,47 faizini isə qadınlar təşkil edib.

Qeyd edək ki, proaktiv pensiya təyinatı zamanı vətəndaşın ayrıca müraciət etməsinə ehtiyac qalmır. Hüquq yarandığı halda pensiya müvafiq dövlət informasiya sistemlərindəki məlumatlar əsasında avtomatik qaydada təyin olunur.
OXŞAR XƏBƏRLƏR