İlkin Misgərli kövrəldi: "Övladlarım mənim yaşadığımı yaşamasın deyə..."

İlkin Misgərli kövrəldi: "Övladlarım mənim yaşadığımı yaşamasın deyə..."
MAQAZİN
13:36 11.12.2023
276

Aktyor İlkin Misgərli qonaq olduğu "Xəzər” televiziyasının "İncə səhər” verilişində duyğusal anlar yaşayıb.

AZXEBER.COM xəbər verir ki, çətin keçən uşaqlıq illərindən danışan aktyor, göz yaşlarına hakim ola bilməyib:

"Baxın burada yazılıb çətin keçən uşaqlıq... Gecə-gündüz çəkilişlərdəyik, əziyyət çəkirik. Bunun istisi var, soyuğu var. Yağışı var, qarı var. Əsas odur ki, bunların hamısı övladlarımız bizim çətin keçən uşaqlığımızı yaşamasınlar deyədir. Əsas budur. Onlar üçün çalışırıq və onlar üçün qazanırıq”.

Aktyorun bu sözlərindən sonra verilişin digər qonağı Müşfiq Şahverdiyev də həmkarının bu çıxışı qarşısında göz yaşlarını saxlaya bilməyib.

 

Aysel

OXŞAR XƏBƏRLƏR