İlon Maskın Kanada vətəndaşlığının ləğvi üçün kampaniyası başladı

DÜNYA
10:37 24.02.2025
226
İlon Maskın yeni imzatoplama kampaniyası başlayıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Qualia Ridin başlatdığı və Yeni Demokrat Partiyasının (NDP) deputatı Çarli Anqusun dəstəklədiyi petisiyaya minlərlə kanadalı qoşulub.

Maskın "Kanadanın milli maraqlarına zidd fəaliyyətlərdə” olduğunu iddia edən kampaniya ərizəsində Baş nazir Castin Trüdoya Cənubi Afrika əsilli Maskın ikili vətəndaşlığını ləğv etməsi və anası vasitəsilə ona məxsus olan Kanada vətəndaşlığından məhrum edilməsi çağırışı edilib.
 
Müraciətdə iddia edilirdi ki, iş adamı Mask "sərvətindən və gücündən Kanada seçkilərinə təsir etmək üçün istifadə edib” və "Kanadanın suverenliyini silmək istəyən xarici hökumətin üzvüdür”.
 
50 mindən çox insanın imzaladığı petisiya iyunun 20-də İcmalar Palatasında təqdim olunacaq.
 
Gülay
OXŞAR XƏBƏRLƏR